Zərdab Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

0
27

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun idarə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda geniş müşavirə keçirilib. Rayon İcra Hakimiyyətindən www.zerdab.com saytına verilən məlumata görə, müşavirədə Azərbaycan Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncaqda Lütvəli Babayev geniş məruzə ilə çıxış edərək, son dövrlərdə rayonda görülən işləri ətraflı təhlil edib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlarını vermişdir. Daha sonra Rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov, Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ruslan Nemətov, Rayon Statistika İdarəsinin rəisi Əhməd Bağırov və digərləri məruzə ətrafında çıxış ediblər.

www.zerdab.com