Zərdabda şahmat üzrə Respublika Turniri keçirilir

0

Noyabrın 20-dən etibarən Zərdab Rayon Şahmat Məktəbində Həsən Bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr olunmuş şahmat üzrə VIII Respublika Turnirinə start verilib. www.zerdab.com saytının yaydığı məlumata görə, turnir noyabrın 26-dək davam edəcək. Turnirdə Ucar, İmişli, Ağcabədi, Hacıqabul, Şirvan, Bakı Respublika Şahmat Məktəbi, Qazax, Ağstafa, Goranboy, Masallı, Astara, Mingəçevir, Şamaxı, Qəbələ, Zaqatala, Salyan, Sabirabad, Cəbrayıl və Zərdab rayonlarının şahmatçılarının iştirakı edir. Turnirin açılış mərasimində Təhsil Nazirliyində təhsil İdman Mərkəzinin direktor müavini, Respublika Şahmat Federasiyasının katibi İbrahim Məmmədov iştirak edib.

www.zerdab.com