“Zərdabi iki hadisə ilə xalqın fikrinin formalaşmasına təsir edib”

1

Nazir: “Böyük mütəfəkkir Həsən bəy Zərdabi iki önəmli hadisə ilə xalqın fikrinin formalaşmasına güclü təsir edib”

Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası ilə birgə keçirdiyi tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet rəhbərləri, media nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Əbülfəs Qarayev bildirib ki, bu il Azərbaycan mədəniyyəti üçün zəngin il hesab olunur: “Çünki ölkə başçısı silsilə olaraq, Azərbaycan mədəniyyətində, incəsənətində xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsi üçün sərəncamlar verib. Bu sərəncamlar görkəmli şəxsiyyətlərimizi tanımağa bir daha imkan yaradır. Böyük mütəfəkkir Həsən bəy Zərdabi iki önəmli hadisə ilə xalqın fikrini formalaşmasına güclü təsir edib. Onlardan biri 1873-cü ildə teatrın yaradılmasında yaxından iştirakı, ikincisi isə 1875-ci i “Əkinçi” qəzetinin əsasını qoymasıdır. Azərbaycan xalqı özünün mənəvi inkişafı üçün iki istiqaməti daim əsas tutacaq”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Ayna ( “Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, professor Şirməmməd Hüseynov və digərləri çıxış edərək Zərdabinin gördüyü xeyriyyəçilik tədbirlərindən danışıb. Onun Azərbaycan xalqının milli şüurunun formalaşmasında gördüyü misilsiz xidmətlərindən söhbət açıblar. Tədbirdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş video çarx da nümayiş olunub.

1 comment

  1. H.B.Zərdabi xalqımızın ən görkəmli nümayəndələrindəndir. O, yaşa-
    dığı dövrdə dilimizin inkişafı üçün çox işlər ğörmüşdür.Daim dilimi-
    zin təmizliyi uğrunda mübarizə aparmış, yazıda durğu işarələrini ilk
    dəfə işlətmiş, milli terminləri yaratmış, dil əlaqələrindən, ortaq türk dili məsələlərindən bəhs etmişdir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 5 =