Qoşa qarıyanlar…

25
53
Sevil Gültən

…İlk dəfə mən onunla Bakıdan rayonumuza gedən avtobusda tanış olmuşdum. O,  Xarici Dillər institutunu qurtarıb Zərdab rayonuna təyinat almışdı. Özü Bakıda böyüyüb –başa çatmışdı. Məktəbdə işləməyə elə can atırdı ki…Gözləri işıqla dolu idi…Gözləri bir az zəif görürdü, eynək taxırdı. Amma eynəyin altından da o işıq hiss olunurdu.

Ondan sonra dostluğumuz başladı. Həftə sonları bizim kəndə  gələrdi, gecəni bizdə qalardı, şagirdlərindən, işlədiyi kənddə qarşılaşdığı maraqlı əhvalatlardan söz açardı. Hərdən də gələcək həyatından danışardı.  Gələcək həyat yoldaşını, uşaqlarını təsvir edirdi… Arzuları ürəyindən aşıb daşırdı…

Onunla dostluğum 1987-ci ilə qədər davam etdi. Onun təyinat müddəti bitdi, o geriyə, Bakıya qayıtdı. Bir müddət məktublaşdıq, Bakıya gələndə bir neçə dəfə onların evində qonaq oldum. Ata-anasıyla, iki bacısıyla tanış oldum. Sonra isə əlaqələr kəsildi… Evləri “Moskva” univermağının yaxınığındakı beşmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində idi.

…Onunla əlaqələrimiz kəsilsə də tez-tez xatırlayırdım onu. Yuxuma girirdi. Son dəfə bu ilin mart ayında yenə yuxuma girdi. “Mənim gözlərim zəif görür, ünvanını oxuya bilmirəm, bəs sən niyə axtarmırsan məni?“–yuxuda belə demişdi.

Həmin yuxunu gördüyüm günün səhərisi qarşıma məqsəd qoydum: Onu axtarıb tapacam! Yuxarıda qeyd etdiyim kimi evləri Moskva Univermağının yaxınlığında idi. Küçələrinin adını da xatırlayırdım: Pişəvəri küçəsi. Vəssəlam!

Balaca qızım Gültənlə axtarış məqsədilə evdən çıxdıq. Univermağın yaxınlığındakı binaların üstündə Pişəvəri yazısına rast gəlmədik. Məlum oldu ki, küçənin adı dəyişib… Amma bu bizi ruhdan salmadı… Binalara baxa-baxa gedirdik, o tanış binanı axtarırdım. Beşmərtəbəli bir binanın yanından keçəndə Gültən fikrimi üçüncü mərtəbədə paltar sərən bir qadına yönəltdi. : “Yuxarı bax, qadının gözündə eynək var!“ Ümidsiz halda başımı qaldırıb paltar sərən o qadına baxdım. O idi! Təranə!

…Heç bilmədik ki, üçüncü mərtəbəyə necə qalxdıq. Ürəyimdə deyirdim ki, yəqin bayrama görə ata evinə gəlib. Bunu bir təsadüf hesab edirdim… Qapının zəngini basdım. Qapı açıldı. O idi, gözündə eynək, bir az kökəlmişdi… sevindiyindən gözləri yaşarmışdı… Bir yaşlı qadın, beli bir az əyilmiş qadın da gəlib bizlə görüşüb mətbəxə keçdı.

…O məni sorğu-suala tutmuşdu. Artıq mən də səbr edə bilmədim: “Təranə, de görüm, ailə qurmusanmı?” – “Yox” – sözünü eşidəndə gözlərinə baxdım. Orada işıqdan əsər-əlamət yox idi. Amma çox toxtaqlıqla dedi “yox” kəlməsini.

“Mənim də qismətim beləymiş. 50 yaşıma qədər gözlədim (indi onun 54 yaşı var-S.G). Ömür yoluma ürəyimcə olan adam çıxmadı “.

“Bəs bacıların hanı?” – soruşdum. “Balaca bacım ailə qurub. Ortancıl bacım da mənim kimi ailə qurmayıb.“

“Bəs hanı ortancıl bacın?” – sualıma əlini mətbəxə sarı uzatmaqla kifayətləndi.

“Nəəə?” – O bacındır? Mən elə bildim anandır..”

“Yox, anam kiçik bacımgildədir. Bütün günü onlarda olur, hərdən gəlir evə. Bacıma kömək edir, axı onun iki uşağı var. Ər-arvad hər ikisi işləyir. Uşaqlar anamın öhdəsində olur.“

…Muzeylərin birində işləyir. Özü demişkən, səhər gedib axşam gəlir. Maaşı çox olmasa da ailəli bacısına az da olsa kömək edir. Ortancıl bacısı isə işləmir. Bəlkə ona görə çox tez qocalıb…

…Mən ona çox sual vermədim. Şəkillərini gətirdi. Cavanlıq şəkillərinə baxanda kövrəldi.

…O evdə iki bacı yaşayır. Gəlinlik donu geyinmək qismət olmadı onların heç birinə. Onların taleyinin ölçüsünə gəlinlik donu biçilməyib. Nənəlik yaşındadırlar, amma “ana” deyə çağıran olmayıb onları. Arzuları gözlərində donub qalıb. Onlar xəyallarda gəlinlik donu geyinib, yuxularda uşaq bələyiblər…Ötüb keçən illər onların gözündəki işığı oğurlayıb. Ataları dünyasını dəyişib, iki qızın yükü ananın çiyinlərində qalıb. Nə yaxşı ki, onların anasını görmədim. Əgər bir ananın qızının beli bükülübsə, gör o qızın anasının beli necə bükülər? İki qız yükünü ömürlük daşımaq asan deyil…

…O evdə iki qız yaşayır… İki qız qarıyır… İki bacı qoşa qarıyır o evdə… Ümidləri qocalmış, arzularının üstünü toz basmış iki qız qarıyır… Xəyallarındakı ağ atlı oğlanlar elə xəyallarda da qaldılar. Gəlib çata bilmədilər onlara…

Bir evdə iki qız qarıyır…Qoşa qarıyırlar….

P.S. Bu yazıma nöqtə qoydum,  amma “qarımaq feli barədə düşüncələrimə nöqtə qoya bilmədim. Öz-özümə deyirdim ki, bəlkə səhv edirəm. Axı bizlərdə adətən evlənən cütlüklərə “qoşa qarıyın” deyirlər? Deyirdim ki, iki bacının bir yerdə qarımasına “qoşa qarımaq” demək olar ya yox? Bir sözlə, bu “qarımaq” sözü fikrimdən çıxmırdı. Kişilərin yaşlanmağı “qocalmaq” sözüylə ifadə olunur, qadınların yaşlanmağı isə həm “qarımaq” həm də “qocalmaq” adlanır. Maraqlıdır, elə isə niyə bəs evlənənlərə “qoşa qarıyın” deyirik?! Axı evlənənlərin biri qadın, biri kişidir! Bəlkə “qarımaq” sözünün başqa mənası da var?

25 ŞƏRH

  1. Sevil xanım, qeleminize qüvvet, tesirli yazmısınız. Allah o xanımların da kömeyi olsun. Gerek o xanım o vaxt heç geriye qayıtmayaydı – qalaydı Zerdabda, kend cavanlarımızdan biri ile aile quraydı. Qismeti bele imiş, Allah özü kömek olsun. Övladı olmaya biler, amma her şagird müellimin övladı sayılır, esas odur ki, hemin övladları Veten üçün layiqli yetişdirsin. Uğurlar…

  2. Becis kend cavanina getmekdense ele evde qalmaq meslehetdi..Gulten xanim yaziniz maraqlidi amma qariyib sozunu demeyin xetrime deyir.Cunki erde olan da qariyir, olmayan da…Davamini gozleyirik!

  3. Kend qızı, hardan bilirsen ki, o getdiyi adam becis olacaqdı? Belke ele kendin en saf oğlanlarından biri ile aile quracaqdı? Yeqin o xanımı şeher heyatı celb edib ve kendden ayrılıb şehere qayıdıb, amma heyif ki, burada xoşbextliyini tapmayıb…

  4. Biz kend qizlarinin gozunu ishiltili sheher heyati qamashdirmaz..Her halda o qadin da doqulub boyuduyu shehere qayitmaqda duz hereket edib..Tesevvur etsin ki becisi cixib qarsisina ve bedbext olub.Eledense bele daha yaxsidi.Shukur etsin halina..Beleleri ile aile qurmaqdansa qiz qalmaq 1000 defe yaxsidi!

  5. Sizinki teselli vermeye benzeyir. Amma bu xanım normal bir kendli oğlanla aile qura bilerdi, öz heyatı, heyeti, teserrüfatı, ailesi, uşaqları ve s. olardı. Kendde normal yaşayan minlerle ailelerden biri olardılar. Xırda qayğılar hemişe olub ve olacaq. Amma indi bu xanımın çekdiyini bir Allah bilir, bir de özü. Allah özü kömek olsun, başqa ne demek olar.

  6. Kendci balasi, o qadinlar ne cekir ki?!Guya kisiler qadinlara az qayqi verirler??Bu qadinlar da normal yasayirlar.Sizin dediyiniz o “normal” ailelerde olduqu kimi kisilerin shille-yumruqu yoxdu bu qadinlarin heyatinda..Kimse “cay suz” deyib sonra yadindan cixarib icmeyi unutmur onlarin evinde..Kisiler ucun salvar-koynek yuyub utulemirler.Kisilerin nazi ile oynamirlar..Kisilerin kefine gore saatlarini qurmurlar.Zennimce o bacilar cox xoshbextdirler.

  7. Allah Allah. Ay qız, niye bu qeder aqressivsen anlamaq olmur. Bütün hallarda fikirlerine hörmetle yanaşıram. 🙂

  8. Ay kəndçi qızı, vallah yaxşı nə varsa elə kənddədir. O qızı o vaxt rayondan bir oğlan istədi. Qız razı olmadı. Qisməti beləymiş.
    Amma o kənd oğlanlarından biri ilə ailə qursaydı bəlkə də xoşbəxt olardı.
    Mənim əmim qızı Bakıda doğulub, Bakıda böyüyüb, ali təhsil aldı. Amma Zərdabın bir kəndindən olan uzaq qohumla ailə qurdu. Çox xoşbəxt ailəsi var. Elə bu saytda onun İtaliyada təhsil alan oğlu barədə məlumat da verilmişdi.
    Becislərin milləti, yeri-yurdu olmur. Hər yerdə olur. Amma şəhərdə daha çoxdur becislər.

  9. Ailə qurmayıb deyə, heç də demək olmaz ki, onun taleyi acıdır. Evdə qarıyıb deyə onun taleyinə acımaq, dərd üstünə dərd gətirmək kimi bir şeydir. Bəlkə belə xoşbəxtdir. Mən onun rəfiqəsinin yerinə olsaydım, aglayaraq deyərdim;-“bacı sən xoşbəxtsən, mən isə ərə gedib peşiman olmuşam.” Ən gözəl təsəlli belə olardı.

  10. Herenin bir talehi heyati var, bele cut baci qariyan bacilara rast gelirik .Bu talehler cox vaxt cox oxwar olur kicik baci aile qurur boyuklerse yox.
    Oruc dayi men tanidiqim iki dene bele qowa qariyan bacilar var amma men onlari hec vaxt xowbext gormedim.
    Biz ne qeder sozler desekde teselli varsekde onlarin heyatinda deyiwiklik olan deyil. Allah komekleri olsun .

  11. ALBATDA TALEYI QISATI VERANDA ALANDA ALLAHDIR ,ALLAH HER KEIN KOMAYI OLSUN ELA AILA QURANLAR VARKI ONLARIN TALEYI BU BACILARDANDA CILIDI ALLAH HEYATDA HER BIR KESA XOWBAXT HEYAT SAN SAIGI BAXW ERSIN ISTAR AILALI ISTAR AILASIZ ALLAH YARDIMCI OLSUN HAMIYA ILAHI AMIN

  12. Ümumiyyətlə, həyatın nəbzin tutmaq lazımdır. Əlbətdə ailəsiz acınacaqlıdır. Bəziləri ailə qurmayıb, bəziləri ailə qurub uşaqları olmayıb. Onların yanında ailə xoşbəxtliyi haqqında, uşagı olmayanın yanında uşaqları haqqında bol-bol danışmaq düzgün deyil. Ailə qurub əyyaşa, narkamana, ailəsini incidən kişiyə rast gəlməkdənsə, ümumiyyətlə ailə qurmamaq ondan qat-qat yaxşıdır.

  13. SUSAN BACI AGAR BU 1988 ,89 90 ILLARDAN BAHS EDIRSA MANIMDA MUALLIMIM OLUB TERANA ADLI BAKIDAN GELMIW SARIWIN ARIG BIR ACQILI MUALLIMA IDI MAN LAP KOVRALDIM CANIM AGAR ODUSA MAN BILMAK ISTARDIM DEQIQ KI MANIM MUALLIMIMDI BU COX UZULURAM BU HEYAT AGAR MANIM MUALLIMIMDISA COX SAMIMI SAKIT GULAR UZ MEHRIBAN BIR INSAN DIDI

  14. Can bacim bunu Sevil xanimla elaqe saxlayib oyrenmek olar men bilmirem axi canim sohbet kimden gedir.

  15. Bəzi xanımlar var ki, onların bəxti doğrudan da açılmır. yəni, onların istəyəni olmur. bəziləri isə heç kimi bəyənmir və hərəyə bir “mız” qoyur. ona görə də ailə həyatı qurmurlar.ailə həyatı qurmamaq pis haldı, düzdü, tənha qalmaq, ana olmamaq–bunlar üzücü şeylərdi. amma faciə deyil axı. Allah hərəyə bir qismət yazıb

  16. Kimsə Təranənin onun müəllimi olub-olmaması ilə maraqlanır. O qız deyəsən 1987-ci ilə qədər işlədi. Aşağı Seyidlər kəndində. Məncə, o kənd idi . Rəhmətlik Tapdıq müəllimin evində qalırdı. Onu bilirdim ki Tapdıq müəllimin Elmira adlı bir qızı da var, rayonda yaşayır indi.
    O indi İncəsənət muzeyində işləyir. Mobil telefon işlətmir. Yazını yazandan sonra evlərinə zəng etdim, anası dedi ki məzuniyyətə çıxı b ata-baba yurdlarına- Şəkiyə gedib. Bilsə ki, onun taleyini yazmışam, inciməz. Onu deyim ki, Təranə kişik bacısının uşaqlarını öz balası kimi istəyir. Onlara görə yaşayır.

  17. Allahin meslehet bildiyi sheyi (aileli olmamaq, ovladi olmamaq ve s.) bende muzakire edende nece de axmaq ve ciliz gorunur!

  18. Son şərhi heç xoşlamadım. Əgər bu məntiqlə yanaşsaq gərək heç nəyi müzakirə etməyək Allah belə məsləhət bilib.

  19. SEVIL XANIM SONUNCU FIKIR HEC BEYENILESIDE DEYIL.
    HER WEYI ALLAH YARADIB ALLAH MESLEHET BILIB .BENDENIDE YARADANDA ONA WUUR AQIL VERIB DUWUNMEK UCUN, DIL VERIB DUWUNCELERIN BOLUWMEK UCUN,BURDA ESSTAFURULLAH ALLAH NA WUKURLUK EDEN OLMADI KI QEBAHETDE VE GICLIK SANILSIN,
    BES BANUCICEK XANIM BIR SIRA FIKIRLERI GICLIK ADLANDIRMAQ NEDI SIZCE?

  20. Susen xanum, bir sheyi ki Allah meslehet bilib onu insan nece muzakire ede biler ki??O boyuk HIKMETI nece anlaya biler ki?Buna insanin qudreti catar??Insan bununla ozunun nece ciliz olduqunu gosterir.Muzakire edib ne etdiniz ki???O iki meneviyyatca derin insanin yarasinin qaysaqini qopardiniz..Bu muzakireden onlar ne qazandilar???Sevil xanimin mehebbetden sevgiden yazdiqi sheirleri birnefese oxuyuruq..Onlardan versinler oxuyaq..

  21. BAACIM MAN BILIRAM YUZ FAYIZ BU O INSANDI MAN ONUN 3 BACI OLMASIN BILIRDIM VA BILIRDIM KI EVLARI MOSKVAUNVERMAGINA YAXINDI MAN COX ISTARDIM BILIM NAYSA ALLAH YARDIMCI OLSUN HEMIWA YAXWI INSANLARA BELA ACI TALEY QISMAT OLUR CANIM O COX SAKIT VAMEHRIBAN INSAN IDI

  22. Bəzi xanımlar var ki, onların bəxti doğrudan da açılmır. yəni, onların istəyəni olmur. bəziləri isə heç kimi bəyənmir və hərəyə bir “mız” qoyur. ona görə də ailə həyatı qurmurlar.ailə həyatı qurmamaq pis haldı, düzdü, tənha qalmaq, ana olmamaq––bunlar üzücü şeylərdi. amma faciə deyil axı. Allah hərəyə bir qismət yazıb

  23. HA MAN INDI MALUMATI OXUDUM KI BU MANIM MUALLIMIM OLUB COX UZULDUM INAN ALLAHA COX PIS OLDUM ALLAH OZU YARDIMCI OLSUN ONA HA O Tapdıq müəllimin Elmira VA ELYANA BACILARI VARDI OLARDA QALIRDI BIZIM KENTDA DERS DEYIRDI.ALLAH YARDIMCI OLSUN YAXWI INSAN UNUDULMUR O MAIM YADIMDA BIR SAMIMI MEHRIBAN INSAN KIMI HELADA CANLANIR AZIZDI ALLAH QORUSUN AMIN

Comments are closed.