Zərdablı gənclərin idman sahəsində uğurları ilbəil artır

2

Zərdablı gənclərin idman sahəsində əldə etdikləri uğurların sayı ilbəil artır. Təkcə ötən il Uşaq Gənclər İdman Məktəbinin tennis üzrə komandasının üzvü Orxan Şirinov respublika çempionu adını qazanıb. www.zerdab.com-un məlumatına görə, 2011-ci ilin dekabrında şahmat məktəbinin şagirdi Nərgiz Tağızadə İsveçrənin Cenevrə şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə 1-ci yeri tutaraq qalib olub. Bundan əlavə, 2011-ci ilin dekabrında idmanın taekvando növü üzrə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatında 4 idmançımız 3-cü yeri tutaraq bürünc medal qazanıb. 2011-ci ilin avqustunda karatenin VKC növü üzrə Ukraynanın Odessa şəhərində keçirilən dünya kuboku yarışlarında Əliyarlı Nurəddin qızıl, Elnur Babayev gümüş, Allahverdi İsayev bürünc medal qazanıb. 2011-ci ilin noyabrında Ukraynanın Odessa şəhərində karatenin VKC növü üzrə keçirilən Şərqi Avropa çempionatında idmançılarımız Nərmin və Nihalə Camalzadə bacıları, Nurəddin Əliyarlı və Cavid İsayev qızıl medal qazanıblar.
2011-ci ilin martında Türkiyə Respublikasının Antalya şəhərində keçirilən karatenin VKC növü üzrə dünya çempionatında idmançılarımız Nərmin Camalzadə və Əliyarlı Nurəddin gümüş medala yiyələniblər. Nərmin Camalzadə və Aqil Babayevə karatenin VKC növü üzrə respublika dərəcəli hakim sertifikatı verilib.

2 ŞƏRH

Comments are closed.