Zərdabda İmadəddin Nəsiminin şeirlərinin nadir nüsxəsi tapılıb – ANONS

8
İmadəddin Nəsimi
İmadəddin Nəsimi
İmadəddin Nəsimi
İmadəddin Nəsimi

Zərdab rayonunda orta əsr Azərbaycan şairi və hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri – İmadəddin Nəsiminin şeirlərindən ibarət nadir nüsxə tapılıb. Bir müddət öncə Zerdab.com saytında bu barədə məlumat vermiş və araşdırma apardığımızı bildirmişdik.

Qeyd etmişdik ki, bu fakt ədəbiyyatçılarımız, tarixçilərimiz və araşdırmaçılarımız üçün yenilik olacaq. Həmin nadir nüsxənin son illərədək Zərdab rayonunda – kəndlərin birində (biz bilərəkdən həmin kəndin adını hələ ki, açıqlamırıq-red ) saxlanıldığını üzə çıxarmışıq. Qeyd edək ki,  İmadəddin Nəsiminin Zərdabda şeirlərinin nadir nüsxəsinin olması barədə bu günədək heç bir yerdə yazılmayıb və bu fakt rəsmi olacaq heç kimə bəlli deyildi. Həmin nüsxənin Zərdabda harada saxlanılması barədə geniş bir araşdırma yaxın vaxtlarda oxucularımıza təqdim olunacaq. Məlumat üçün bildirək ki, hələ Sovet dövründə həmin nüsxənin cəmi 2 səhifəsi araşdırmaçı alimlərin əlinə keçibmiş. Onun digər səhifələrini, yəni qalan hissəsini tapmaq üçün Bakıdan bir qrup alim Zərdaba gəlibmiş. Hətta iş polisə qədər uzanıb. Lakin qalan hissə onlara verilməyib. Əlacsız qalan qonaqlar əliboş geri dönməli olublar. Zerdab.com saytı illərdir bağlı qalan və açılmayan bu faktı nəhayət ki, aşkara çıxarıb.

Kitabın qalan hissəsini sovet dövründə polislərdən gizlədən, cəmi 2 vərəqini poçtla alimlərimizə göndərən şəxs bu barədə saytımıza maraqlı və inanılmaz məlumatlar verib. O, 37 il öncə yazılı olaraq aldığı rəsmi məktubu da saytımıza təqdim edib. Saytımızı izləyin…

8 ŞƏRH

  1. Bu xəbər çox maraqlıdı. xahiş edirəm nəsimi sevərləri intizarda qoymayın

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − thirteen =