Zərdabi anıldı – fotolar

0
21

Həsən bəy ZərdabiZərdab şəhərində Həsən bəy Zərdabi muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “H. B. Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun 2012-ci il tarixli sərəncamının icrası çərçivəsində “Xalq üçün döyünən ürək!” adlı xatirə gecəsi keçirilib. Zərdab RİHBA-nın informasiya təminatı və təhlil sektorundan www.zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları öncə Həsən bəy Zərdabinin heykəli və büstü önünə gül-çiçək dəstələri qoyublar. Xatirə gecəsində H. B. Zərdabi muzeyinin direktoru Vəfa Bayramova geniş məruzə ilə çıxış edib. Tədbirdə çıxış edənlər həmyerliləri H. B. Zərdabinin vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar. Natiqlər bu dahi şəxsiyyətin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncama və H. B. Zərdabi muzeyinin bədii tərtibatına və əsaslı təmirinə vəsait ayrılması ilə bağlı 19 iyul 2012-ci il tarixli Sərəncamına görə ölkə başçısına minnətdarlıq ediblər. Xatirə gecəsində Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov da çıxış edib.

www.zerdab.com

Həsən bəy Zərdabi