Zərdabda Veteranlar Şurasının konfransı keçirilib – fotolar

1

Noyabrın 29-da Zərdab Rayon İcra Hakimiyyətinin iclas zalında Zərdab Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının IX konfransı keçirilib. Zərdab Rayon İHBA-nın informasiya təminatı və təhlil sektorundan www.zerdab.com saytına verilən məlumata görə, konfrans açıq elan edildikdən sonra Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin və vəfat etmiş müharibə veteranlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Konfransın işçi heyəti seçildikdən sonra Veteranlar Şurasının sədri Hüseyn Həsənovun hesabat məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki,  Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının rəhbərliyi altında fəaliyyət göstərən rayon şurası öz işində Azərbaycan Respublikasının Konstitusiyasını, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununu, digər normativ hüquqi aktları əsas tutur. Respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da müharibə veteranlarının sosial müdafiəsi gündən-günə gücləndirilir. Hesabat ilinin 7 oktyabrında Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rayona səfəri çərçivəsində Heydər Əliyev parkında inşa olunmuş Veteranlar Evində yaradılmış şəraitlə tanış olması və Veteranlar Evinin istifadəyə verilməsi veteranlar tərəfindən hədsiz sevinclə qarşılanıb. Ölkə Prezidenti tərəfindən müharibə veteranlarına və sonradan vəfat etmiş veteranların dul arvadlarına göstərilən diqqət və qayğı yüksək minnətdarlıq hissi ilə qarşılanıb. Daha sonra məruzə ətrafında Böyük Vətən Müharibəsi veteranı Muradalı Heydərov, əmək veteranı Cəmil Cavadov və “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov çıxış edərək ötən konfransdan keçən dövr ərzində rayon veteranlar şurasının gördüyü işlərdən danışıb, bir sıra dəyərli təkliflər səsləndiriblər. Sonra rayon veteranlar şurasının plenumunun yeni 9 nəfərdən ibarət tərkibi, nəzarət-təftiş komissiyası seçilib. Həsənov Hüseyn Dəmir oğlu yenidən Zərdab Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının sədri seçilib. Konfransda Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurasının V Qurultayına 2 nəfər nümayəndə seçilib. Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov konfransda iştirak və çıxış edib. Sonda ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 3 =