Zərdab rayon sakini bıçaqlanıb. Hadisə Zərdab şəhərində qeydə alınıb. Rayon sakini Sənan Xəlilov münaqişə zəminində həmyerlisi, 1992-ci il təvəllüdlü İsaqlı İnşallah Əbilqasım oğlunu bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, bıçaq xəsarəti almış İ.İsaqlı əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir. Polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Sənan Xəlilov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.
kim
Hansi Senandi bilen var?
Pramxorda sürücü işləyən Məlik var. Onun oğludu Sənan.
Hadisə baş verən zaman Sənan sərxoş olub. Onlar arasında mübahisə yaranıb. Sənan bıçaqla İnşallaha bir zərbə vurub.
Men yaziq hami ele bilir menem
senan
qutarinda az yazin
Comments are closed.