Millət vəkilimiz Jalə Əliyevadan xoşməramlı addım – foto

1
21

Dörd aydır davam edən “Bizə ideya lazımdır” devizi ilə keçirilən “Gənclərin II Ümumrespublika Teatr Festivalı” başa çatıb. www.zerdab.com saytına verilən məlumata görə, bununla bağlı Dövlət Gənc Tamaşaçılar Teatrında qala–konsert təşkil edilib. Daha sonra layihənin rəhbəri, millər vəkili Jalə Əliyeva çıxış edərək festival haqqında danışıb. Festivalda əməyi keçənlərin hər birinə ayrı-ayrılıqda təşəkkür edən millət vəkili bildirib ki, sözügedən festival davamlı olaraq keçiriləcək. Münsiflər heyətinin çıxışından sonra festivalın qaliblərinin mükafatlandırılması başlayıb. İlk olaraq həvəsləndirici mükafatla Zərdab (Səfayə Əliyeva – “Qoy nəfəs alım”) və Ağdam truppaları mükafatlandırılıb.
Daha sonra əsas mükafatlar təqdim olunub. Beləliklə, münsiflərin səs verməsinin nəticələrinə əsasən, birinci yerin qalibi Ucar rayonun “UMEO” truppasının “Biz zibilə düşdük” tamaşası layiq görülüb. Qaliblərə 3 min manat pul, diplom təqdim edilib. İkinci yer Mononim truppasının “Yaşıl qan”, Üçüncü yer isə “Simsar” truppasının “Müdaxilə” tamaşası layiq görülüb. Qeyd edək ki, ikinci yerin qalibinə iki min, üçüncü yerin qalibinə isə min manat məbləğində pul mükafatı təqdim edilib.
Festivalda iştirak edən 5 nəfər azyaşlı isə Jalə Əliyeva tərəfindən xüsusi mükafatla təltif edilib. Qeyd edək ki, festivala Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansı dəstək verir.

www.zerdab.com

1 comment

  1. Jale xanimdan xahis edirem ki,zerdab Elvend yolunun axirinci kilometrinin asfalt ortuyunun cekilmesine KOMEKLIK GOSTERSIN.Elvendin tarixi ile baqli qonaqlarimizi o kende apara bimirik.

Comments are closed.