Zərdabda məzunları ali məktəbə qəbul olmayan məktəblərin adları açıqlandı

0

Rayonumuzda ali məktəblərə tələbə qəbulunda yüksək nəticələr qazanılsa da, son bir neçə ildə 9 məktəbin məzunlarından ali məktəblərə qəbul olan yoxdur. www.zerdab.com-un xəbərinə görə, bunlar Yuxarı Seyidlər, Dəli Quşçu, Älvənd, Şahhüseynli, Məlikumudlu, Çallı, Qaravəlli, Məmmədqasımlı kənd və Bəyimli qəsəbə tam orta məktəbləridir. Ümumilikdə son 5 ildə Bəyimli qəsəbə, son 3 ildə isə Məlikumudlu, Älvənd kənd tam orta məktəblərinin məzunlarından 1 nəfər də olsun ali məktəbə daxil olmayıb. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Təhsil Şöbəsinə həmin məktəblərdə aparılan təlim-tərbiyə prosesini ətraflı araşdırıb müvafiq tədbirlər görmək barədə tapşırıqlar verib.