Zərdabi irsini araşdıran iki həmyerlimiz mükafatlandırıldı

4
28

Mətbuat ŞurasıBu günlərdə Azərbaycan Mətbuat Şurası milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin irsinin öyrənilməsində xidmətləri olan ziyalıları mükafatlandırıb. Onlara Mətbuat Şurasının fəxri diplomaları təqdim olunub. Mükafat alanlar arasında iki həmyerlimiz – kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Həsənov və Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov da var.

Hər iki ziyalımızı əsl Zərdabi cəfakeşi adlandırmaq olar. Onlar Zərdabi irsini araşdırır, bu günümüzədək qaranlıq qalmış məqamları üzə çıxarır və ölkə ictimaiyyətinin diqqətinə çatdırırlar.

Eldəniz Həsənovun bu mövzuda www.zerdab.com saytında ilk dəfə üzə çıxarılan faktlarla zəngin araşdırmaları hazırda digər mətbuat orqanlarımızda da tədricən yayımlanır.

İsaməddin müəllim isə Zərdabinin əmanəti hesab etdiyimiz “Əkinçi” qəzetinin redaktoru olmaqla yanaşı, həm də dəyərli tədqiqatçıdır.

www.zerdab.com saytının kollektivi hər iki ziyalımızı təbrik edir və şərəfli işlərində uğurlar arzulayır.

4 ŞƏRH

  1. Her iki hemyerlilerimizi urekden tebrik edirem ve onlara heyatlarinda ve bu gozel iwlerinde uqurlar dileyirem.

Comments are closed.