Zərdab-Ucar yolunda dəhşətli avtomobil qəzası – foto

0
27

Gecə saatlarında Zərdab-Ucar avtomobil yolunun 1-ci km-də 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Zərdabdan Ucar istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan “VAZ-2110” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü 33 yaşlı Hacıyev Əliabbas və maşınında olan sərnişin, 42 yaşlı Abışova Şəhla müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən bir nəfər isə yüngül yaralanıb. Dərhal Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda xəstələrin vəziyyəti orta ağır olaraq qalmaqdadır.

Hadisənin baş vermə səbəbinə gəldikdə isə ərazidə olan qatı dumanın avtomobillərin sərbəst hərəkətinə mane olması əsas gətirilir. Faktla bağlı  araşdırma aparılır.

www.zerdab.com