Rayonumuzda onu çoxları tanıyır…

35

                             Kakay –  ölmüş bir sevginin ruhu…

Sevil Gültən

Rayonumzda onu çoxları tanıyır. Təxminən 60 yaşlarında ortaboylu bir kişidir. Ona “dəli” demək bəlkə də günah olar. Adətən uşaqlar dəlidən qorxub qaçarlar. O isə heç kimə dəyib-dolaşmır. Mən heç vaxt onun əynində təzə paltar görmədim. Əynində köhnə, uzun pencək, şalvarının ətəyi yerlə sürünər həmişə. Saçı-saqqalı uzun, lap dərvişlər kimi. Əlində də yoldan yığdığı cır-cındır olar. Sakitcə gəzər küçələri, yolda nə görsə götürüb boxçasına qoyar. Ya da kiməsə yanaşıb siqaret istəyər…

Sözsüz ki, onun öz adı var. Amma heç kim onu  öz adıyla çağırmır. Sadəcə “Kakay” deyirlər ona… Maraqlanmışam bu insanın taleyi ilə. Deyilənə görə, cavanlıqda çox ağıllı olub, institut qurtarıb. Cavanlığı hind kinolarının məşhur olduğu, kənd yerlərində hətta divarlarda göstərildiyi vaxta düşüb. Hansısa bir hind kinosundakı aktrisaya vurulur dəlicəsinə. O qızı görmək üçün Hindistana getmək istəyir. Sovet dövründə Hindistana getmək möcüzə kimi bir şeydi.

“Kakay” da yalnız Moskvaya qədər gedə bilir. İcazə vermirlər. Təkrar-təkrar ümidlə Moskvaya gedir, nəticəsi olmur. Beləcə, sevgi dəlisinə çevrilir.

Hər dəfə onu görəndə düşünürəm, deyirəm görəsən onun sevdiyi o hind qızı, o aktrisa xoşbəxt ola bilibmi bu həyatda? O qıza olan sevgi bir cavan oğlanı bədbəxt etdi, bir cavan oğlan qadın sevgisi olmadan yaşadı bu həyatı. Xoşbəxt olası bir həyat bədbəxtliyə düçar oldu. Bəlkə Kakayın sevdiyi o hind qızına sevgisiz bir həyat qismət olub? O qızın bəxtinə düşəsi sevgi payının hamısı Kakaya verilib? Kakay o qızın sevgi payını Hindistana aparmaq üçün çox cəhd edib, amma Moskva dağ kimi durub arada. Moskva Kakayla Hindistan arasında bir uçurum olub. Kakay o uçurumdan Hindistan tərəfə keçə bilməyib. Bir qıza sevgi payı çatmayıb. Bir qıza ünvanlanmış sevgi qisməti əbədi olaraq onun ürəyində qalıb.

…O gün yenə gördüm Kakayı. Öz-özümə dedim ki, görəsən Kakay mobil telefonun, internetin olduğu vaxtda o hind qzına vurulsaydı, nə baş verərdi? Xoşbəxt olardımı? Kim bilir, Kakaya zamana uduzan insan demək olarmı?

Amma mənə görə, sevginin böyüklüyü onun əlçatmaz olmasındadır… Yəqin ki, Kakayın ürəyinin dərinliyində, ölmüş arzularının, solmuş ümidlərinin arasıında o əlçatmaz sevginin qalıqları hələ də yaşayır. O çoxdan sönmüş sevgi ocağının közərtiləri onu yaşadır hələ. O küçələri gəzib–dolaşır – ölmüş bir sevginin ruhu kimi ….

35 ŞƏRH

  1. Sevil xanim, cox saq olun!Mence Moskva bizden cox shey aldi..Tekce Kakayi deyil..Moskva bizden kimleri almadi..En azindan Kakay xosbextdi (Indiye qeder onun divaneliyini heddinden ziyade savadliliqi ile elaqedar olduqunu bilirdim.Bele esitmishdim).Xosbextdi ki deli olmaq bahasina bele olsa O DELI SEVGINI yasayib..Teki men de kimise seve bileydim..Deli olmaq bahasina da olsa..Sheirlerinizi de sebirsizlikle gozleyirem..

  2. Amma menim bildiyime gore o insan serheddi hetta vaqoun cölunde kecmeye cehd edib ve onu soyuq vurub. Ona göre de xestelenib ve bu hala düşüb.

  3. Belke de o hind qizi “Abdulla” kinosundaki Zinet Amandir..Onun da heyati hec yaxsi olmayib..Bu yaxinlarda saytlarin birinde vermishdiler..Kim ne bilir?Amma onlar qovushsaydi ne olacaqdi ki?Adi bir aile olacaqdi.Hami deli mehebbetle sevib aile qurur daa..bes sonrasi nece olur?Ev ish aile usaq…O mehebbet qoyulur bir kenara..Amma Kakay kimisi her anini ve her deqiqesini yasayir o sevginin…
    http://modern.az/articles/31151/1/

  4. Bütün sevgilerin kulminasiya nöqtesi ehtirasdır. Eger evlenenden sonra ehtiras varsa, sevgi yaşayır, yoxdursa sevgi ölür.
    Her gün ehtiras her gün sevgi demekdir…

  5. Arif muellim, sevgi basqa sheydi, ehtiras basqa…gelin qarishdirmayaq..ehtiras heyvani hissdir…sevgi yalniz insana mexsusdur..

  6. Xeyr, sehviniz var. Sevgi olmayanda ehtiras heyvani hiss olur. Ancaq sevgi ile ehtiras birleshende esl mohtesem sevgi yashanir.

  7. Mene muraciet edene: Sizin o “mohtesem” adlandirdiqiniz an cemi cumletani 5-10 deq ceker..Amma menim dediyim SEVGIni yasamaq ucun bir omur yetmez…

  8. Kend qizi, senin ehtirasi niye heyvani hiss adlandirdigin bize aydin oldu. Ehtiras senin dediyin kimi, 5-10 deqiqe cekmir. Men dediyim sevgi ehtirasi bir omur boyu davam edir. Gorunur, seni iyrendiren iyrendirib. (Bu şerhe göre Nicatdan,Sevilden ve diger oxuculardan üzr isteyirem ve xahiş edirem bu şerhimi silmeyin.)

  9. Arif muellim, yox, yox qetiyyen meni hec kim iyrendirmeyib..Eksine..Menim intim heyatim (men de boyuklerden uzr isteyirem) qaydasindadir…menim alemimde sevgi yataqla sona catmamalidir..menim alemimde sevgi bambasqadir..Sherh yazmaq xatirine de yazmayin..Bele sozler size bashucaliqi getirmir..Meni seven kisi yataqi dusunerse ona bu gen dunyani dar ederem..

  10. Sevil xanım bu şerhleri oxuyub teeccüblenmese yaxşıdır. Biz xahişleri nezere alıb şerhi silmirik. Amma yaxşı olardı ki, müzakireler bu qeder gerginleşmesin. 🙂

  11. O küçələri gəzib–dolaşır – ölmüş bir sevginin ruhu kimi ….

  12. Yazını oxuyub şərh yazanların hamısına minnətdaram!
    Amma yuxarıda Sevgi barədə yazana bir sözüm var: Sevginin böyüklüyü onun əlçatmaz olmasındadır. Əsl sevgi odur ki sevdiyinə uzaqdan baxasan. Əlçatan olan ucuzlaşır.

  13. Bezdik eyyyyyyyyyy ——— sheyler oxumagdan…………Zerdabda o geder yaxshi adamlar var ki, yazin daa olardan……..Zerdabda pozitiv hec ne olmur????

  14. Bu nece yazidiki? Varliqina varmadiqimiz bir hemyerlimizin heyatindan maraqli bir yazidi mence. Mence biz dahilerimizle yanawi deli sandiqimiz oz hemyerlilerimiz haqqdada bilsek yaxwi olar.

  15. Anifa xanım, bazarda çox şey satılır. Amma alıcılar hamısını almır. Heç kim sizi məcbur etmir ki dediyiniz kimi gic yazıları oxuyasınız. Bu. insan taleyidir. Xoşbəxtlər hamısı eyni cür xoşbəxtdir amma bədbəxtlərin hərəsi bir ayrı cür…

  16. Susen xanim,men hagginda yazilan bu adami indi tanidim.Eker bu yazi onun heyatinda hec neyi deyishmiyecekse onun yazilmasina ehtiyac da yoxdu.Bele adamlarin taninmagdan cox komeye ehtiyaci var.Bu cur yazi tekce onun ozune deyil gohumlarina hormetsizlikdi.Yaralarina duz basmagdi.

  17. Sevil xanim ,men de bilirem taleler muxtelif olur.Bir insan omurluk ne xoshbext olur ne de bedbext.Biz bu hissleri zamanla yashiyirig.Sizin dediyiniz Kakay da belke de bu cur omrunun xoshbextliyini, govushmshmadigi sevkisinin shirinliyiniyashiyir.onu oz dunyasindan ayirmaga,bashgalarina kulush obyekti elemeye hec kimin haggi yoxdu.Dogrudan da komek etmek isdiyirsinizse bunun yollari coxdu.Men sizi de taniyiram.Ziyali xanimsiniz,sizden daha sanballi yazilar kozliyirik…..

  18. Anifa xanim size ne qeder hormet etsemde sizin bu fikirinizle razilawa bilmerem .
    Duzdu belkede bu yazi o insanin heyatinda hecne deyiwe bilmez amma mene ele gelir ki ,bu yazini oxuyanlarin o wexse olan evvelki pis fikirleri deyiwe biler.
    Men bu yazida hec bir hormetsizlik gormurem cunki ,bu yazi mence hec kimde guluw yarada bilmez ki o insan guluw obyektine cevrilsin .Eksine bu yazini oxuyub derk eden insan o insana hormetle yanawa biler.
    BELKEDE KIMLERESE SOZUM GULMELI GELECEK AMMA BU MENIM FIKIRIMD

  19. mence Anife xanima bu yazi tesir edib onuncun bele aqresif davranr

  20. Sabir bey hemfikir olduqunuz ucun minnetdaram . Belkede eledi , bu yazi kimese tesir etmeyede bilmez axi .Amma bu o demek deyilki bu yazi gic yazidi deye.

  21. Anifa xanım, sözü dartdıqca uzanır. Yazırsınız ki, məndən sanballı yazılar gızlyirsiniz. Mənim üçün sanballı yazı ürəyimi titrədən bir hadisə yaxud insan barədə duyğularımı sözə çevirməkdir. Mən heç kimi gülüş hədəfinə çevirməmişəm. Sadəcə, o insan haqda eşitdiklərimi ( bunlar düz olmaya da bilər) yazmışam.
    İnanmıram ki o insanın qohumları bu yazıya görə məni qınasın.

  22. Geribedi hami menim yazdigimi muzakire eliyir.Siz menim yazdiglarimi yox, menim hagginda yazdigim yazidan danishin.Muellif deyir bu onun ureyini titredib.O insan hagginda eshitdiklerini yazib.(Bu duz olmuya da biler)Mence insan eshitdiklerini yox, korduklerini yazmalidi……..

  23. Umumiyyetle haqqinda yazilan adamin burda yazildiqi qeder(reyleri nezerde tuturam) problemi olmayib .onu taniyanlar biler

  24. Ay Anifa xanım! Mən o adam haqda ensiklopediyaya məlumat toplamaq fikrim olmayıb. Sadəcə, onun halı mənə təsir edib. mən də yazmışam. Onun taleyi barədə araşdırma aparmaq fikrim də olmayıb.
    Duyğusu olan insana yazdığım bəzi cümlələr çox şey deyə bilərdi.
    Bəli, eşitdiklərimi yazmışam. Burda eyib bir şey yoxdur.
    Əgər siz faktları daha çox xoşlayırsınızsa gedin tarix kitabı oxuyun, bədii əsərlə maraqlanmayın.
    P.S. Başqalarına münasibət bildirməklə hər kəs özünü bürüzə verir. Bu yazıya münasibətiniz də sizin insan talelərinə necə münasibətinizi göstərdi.
    Xahiş edirəm, şərhimi cavab yazmayın. Bekar deyiləm ki kiminləsə soz güləşdirəm!

  25. Haqqinda behs olunan adami tanimadim, amma ferqi yoxdur bu insan heyatda yashayir ve yaxud da ki, qelem sahibinin texeyyulunun qehremanidir. Esas olan odur ki, mehebbet gozel terzde poetik shekilde catdirilmishdir. Sevil qelemi hemishe mehebbet ruhludur , seve-seve oxuyuram onun yazdiqlarini. Sevil xanim yaxshidi ki, o dovrde mobil telefon, internet olmayib, eks teqdirde bu mehebbet iller uzunu belece dushundurucu, yangili olmayacaqdi. Sizin fikrinize quvvet eshqde qazanan yoxdur, zefer olmur, qelebe olmadigi ucun bu hiss seven qelblerde atesh olub yanmaga davam edir…

  26. manim cox xowuma galdi man onu dali bilirdim indi onun halina aciyiram sag ol sevil san muasir macnun kasf etdin

  27. ona gulan sevgi ila ehtirasi qariwiq salanlardi indi coxu sevgini ehtiras bilir ehtirasi sonan kimi bowanir sevmak ucun urak lazimdi inca hissiyatli urak sevgini mahabbati uculawdirmayin o ulvi hisdir

  28. Kakay deyilen shexsi Zerdabda hami taniyir. Bir ruh kimi gezir Zerdabi. Onunla sohbet eden bilir ki, onun uchun zaman dayanib. Meselen Kakay adlandirilan Sehrab uchun hele de Bankin mudiri rehmetlik Sherif dayidir. O ki qaldi onun eshq mehebbet dali ile Moskvaya getmeyine… O Rosiyyada olub, oradan ozu ile bir rus xanim da getirmishdi. Bir kend toyu da elemishdi valideynleri onun uchun. Xesteliik ise onu esgerlikde tapmishdi. Duzdur vaqonla serhedi kechmek istemishdi, hind qizina da vurulmushdu. amma onda artiq xeste idi. mualice de olunurdu.

Comments are closed.