Zərdabda ali məktəblərə hazırlıq üzrə yeni kurs – “Zərdabi yolu”

16
23691

Dekabrın 14-dən etibarən Zərdab rayonunda ali məktəblərə hazırlıq üzrə yeni kurs fəaliyyətə başlayacaq. Bu barədə www.zerdab.com saytına kursun təsisçisi Natiq Eyvazov məlumat verdi. Onun sözlərinə görə, yeni kursun adı – “Zərdabi yolu” olacaq. Natiq Eyvazov dedi ki, dahi mütəfəkkir Həsən bəy Zərdabinin ən böyük arzu və istəyi millətini savadlı, təhsilli görmək olub. Bu kurs da həmin məqsədə istiqamətləndiyindən adı məhz “Zərdabi yolu” müəyyənləşdirilib. Kurs ali məktəblərə hazırlıqda ən yeni metod və üsulları tətbiq edəcək. Natiq müəllim iddia edir ki, bu kursu seçən valideynlər öz övladlarının ali məktəbə qəbul olunma şansını daha da artırmış olacaqlar. Çünki burada ali məktəblərə hazırlıq üzrə kifayət qədər təcrübəsi olan ən peşəkar müəllimlər çalışacaqlar. Natiq Eyvazov mövzu ilə bağlı saytımıza müsahibə verib.

– Natiq bəy, özünüzü oxucularımıza təqdim edərdiniz.
– Mən Eyvazov Natiq Eyvaz oğlu Zərdab rayonunun Pərvanlı kəndində anadan olmuşam. 1999-cu ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşam. 2003-cü ildə bu ali təhsil ocağını bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Hərbi xidməti başa vurduqdan sonra Zərdab rayonunun Qoruqbağı kəndində təyinatla işə başlamışam. Hazırda həm Qoruqbağı, həm də Pərvanlı kənd orta məktəblərində Fizika müəllimi işləyirəm. 2004-cü ildən etibarən abituriyent hazırlığı ilə məşğulam.

– Zərdab rayonunda yeni ali məktəblərə hazırlıq kursu açmaq ideyası haradan yarandı?
– Abituriyent hazırlığı ilə məşğul olduğum illər ərzində qazandığım təcrübələrdən anladım ki, ibtidai təhsili olan istənilən şagirdə asanlıqla təhsil vermək olar! Neçə illərdir ki, bu fikir beynimdə dolanırdı. Nəhayət, çoxsaylı valideynlərin istəyi ilə ideyamı irəli sürdüm. Məqsədimiz rayonumuzda təhsil sahəsində uğurların artmasına təkan vermək və Həsən bəy Zərdabinin qoyduğu yolu davam etdirməkdir.

– Müəllim həmkarlarınız, ətrafınızdakı insanlar bu ideyanızı necə qarşıladılar?

– Onlar bu ideyamı bəyənir və dəstəkləyirlər.

– Yəqin ki, gələcəkdə kursun fəaliyyəti daha da genişlənəcək, ilkin olaraq, bu işə hansı səviyyədə başlamağı düşünürsünüz?
– İlk olaraq kursumuzda yeni yaranmış kurikulum üsulu ilə dərsləri tətbiq etmək, uşaqların həyata baxışını biraz da genişləndirmək istəyirik. Biz bu işdə çox iddialıyıq və tətbiq edəcəyimiz üsul və metodlarla, çəkdiyimiz zəhmətlər hesabına böyük uğur qazanacağımıza inanırıq. Onu da deyim ki, artıq bizə kifayət qədər valideyn müraciət edib.

– Kursun fəaliyyətinin genişlənməsində heç şübhəsiz ki, tanıtımın çox böyük əhəmiyyəti var. Valideyn və abituriyentlərin kursunuzu tanımaları üçün nə kimi işlər görürsünüz?
– Kursumuzu tanıtmaq üçün ilk olaraq məktəblərdə təbliğat aparır, məlumat verir, müəllim və şagirdlərlə söhbətlər aparırıq. Sevinirik ki, söhbətləşdiyimiz bütün insanların bizə qarşı fikirləri müsbətdir.

– Rayon rəhbərliyi səviyyəsində belə bir kursun açılmasından xəbərdardılarmı? Onlardan dəstək, xeyir-dua anlamında nə umursunuz?
Bu işlə əlaqədar ilk olaraq rayonumuzun rəhbəri, cənab Lütvəli Babayevlə görüşmüşəm. İlk olaraq xeyir-duamızı cənab Babayevdən almışıq. Lütvəli müəllim bu fikrimi bəyəndi və öz dəstəyini əsirgəməyəcəyini bildirdi.

Bəs Təhsil Şöbəsində sizin bu fikrinizə necə yanaşılır?
– Bir neçə gün bundan əvvəl Zərdab rayon Təhsil Şöbəsinin müdiri Baba müəllimlə görüşdük. Baba müəllimin bizə ilk və son sözü bu oldu ki, təhsillə bağlı bütün işlərdə mənim qapımı gündə yüz dəfə döyə bilərsiniz. O, bizə bu işimizdə uğurlar arzuladı.

Şübhəsiz, özünüzü tam doğrultmağınız üçün zaman lazımdır. Hazırlıq kursunun nəticəsi onun qəbul imtahanlarında göstərdiyi nəticə ilə ölçülür. Hazırlığın yüksək səviyyədə təşkili üçün işinizi necə quracaqsınız? Söhbət əyani vəsaitlərdən, müasir kommunikasiya vasitələrindən istifadədən gedir…
– Hazırda biz 1-7-ci siniflərin hazırlığını 4 fənn üzrə aparmağı düşünürük: Azərbaycan dili, Riyaziyyat, İngilis dili, İnformatika. Dərslər həftədə 3 gün olacaq. Bütün dərslərimizdə əyani vəsaitlərdən, kompyuterlərdən, diaproyektorlarla qurulmuş əyləncəli oyunlardan istifadə edəcəyik.

– Pərvanlı kəndi nəinki rayonumuzda, elə ölkəmizdə də məzunlarının ali məktəblərə qəbul reytinqinə görə, həmişə ilk sıralarda qərarlaşıb. Pərvanlı kənd orta məktəbində çalışan müəllimlər hər zaman öz şagirdlərinin göstərdikləri nəticələrə arxalanıb başlarını dik tutublar. Müəllimlərdən söz düşmüşkən, kursunuzda müəllim seçimində nələrə üstünlük verəcəksiniz?
– Həqiqətən, Pərvanlı kənd orta məktəbi öndə olan məktəblərdən biridir. Bu kənddə əksər valideynlər öz uşaqlarının təhsilini düşünürlər. Bu kənddə valideyn və müəllim həmrəyliyi var, buna görə də buradakı təhsil çox effektlidir! Kursumuzda çalışacaq hər bir müəllimin savadı, uşaqlarla davranışı, kompyuter təhsili, müasir test kitablarından istifadəsi, internetdən istifadə bacarığı mənim üçün ən əhəmiyyətli bir işdir. Bu amillərə xüsusi əhəmiyyət veririk.

– Natiq müəllim, sizə bu şərəfli və məsuliyyətli işinizdə uğurlar arzulayırıq. www.zerdab.com ailəsi olaraq bildiririk ki, sizinləyik və hər zaman dəstəyimizi hiss edəcəksiniz.
Sizə öz təşəkkürümüzü bildiririk.

www.zerdab.com

 

16 ŞƏRH

  1. Natiq muellim,men sizin bu işinizi çox bəyənirəm!bu işdə sizə müvəffəqiyyətlər arzulayıram

  2. Allah xeyir versin.bu uqurlu yolda size muveffeqiyyetler.Zerdab savadli insanlarin yurdudu,bashqa rayondan insanlarla unsiyyetde olursan adi nitq qabiliyyetleri bele yoxdu. Ancaq Zerdabin demek olar 70%savadlidir.

  3. EVVELA BU CETIN VE MESULIYETLI YOLDA SENE UGURLAR,SEBR VE TEMKINI AIIAH SENDEN ESKIK ETMESIN.BIR QARDAS KIMI UGURUNA MENDE SEVINIREM.ALLAN SENI VAR ETSIN,VE BU MUELLIM SEREFINI SENE COX GORMESIN.

  4. Uğurlar! Sizi tanıyan bir şəxs kimi bilirəm ki,bu işin öhdəsindən layiqincə gələcəksiniz.

  5. eziz qardasim seni tebrik edirem butun ZERDAB ehlin hem salamlayiram hemde tebrik edirem qardasim ugurlarinizla hemise sevinesiniz amin! insallah abutriyentlerinizin sesi yuksek balla ali mekteblerin gozel pillelerinde geler butun zerdab camaatinda Natiq mullime guvenmeklerine sesleyirem

  6. cox yaxsi biz cox fexr edirik ki zerdabda asagi sinif kursu acilib xeyirli ugurlu olsun

  7. muellim isiniz xeyirri olsun.allah sizi sagirdlerinize cox gormesin.allah size uzun omur,saglam bir can versin*****

Comments are closed.