“Ulu Öndərin xatirəsi işığında” – fotolar

0
25

Zərdab rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününün qeyd edilməsi ilə bağlı “Ulu Öndərin xatirəsi işığında” mövzusunda ədəbi-bədii gecə keçirildi. Zərdab RİHBA-nın informasiya təminatı və təhlil sektorunun yaydığı məlumata görə, tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Nailə Əliyeva açdı. Tədbir iştirakçıları Könül Rəhimova və Günel Qasımovanın aparıcılığı və şəhər 1, 2, və 3 saylı məktəblərin şagirdlərinin iştirakı ilə “Sən elə bir zirvəsən” adlı bədii kompozisiyaya tamaşa ediblər. Sonra “Şərəf nişanı ordenli”, əmək veteranı, Rayon Veteranlar Şurasının sədri Hüseyn Həsənov, keçmiş SSRİ Ali Sovetinin deputatı, “Əmək şöhrəti” ordeni ilə təltif olunmuş Mətanət Abdurəhmanova, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni, 5 dəfə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş gümüş, bürünc medallarla təltif edilmiş Gödəkqobu kənd sakini Xalid İxtiyarov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova, Həsən Bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, “Tərəqqi” medallı müəllimə Firuzə Qocayeva, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərovun çıxışları maraqla dinlənilib. Natiqlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini yüksək qiymətləndiriblər. 1978-ci ilin 29 may tarixi xüsusi vurğulanıb. Həmin gün Ulu Öndər Heydər Əliyev Zərdabda olması, Kür çayının daşması səbəbindən yaranan təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı xilaskarlıq missiyası yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının sükanının bu gün də etibarlı əllərdə olmasından məmnunluq ifadə edən tədbir iştirakçıları məzarı ümumxalq ziyarətgahına çevrilmiş Ulu Öndərin unudulmaz xatirəsinin xalqımızın, o cümlədən zərdablıların qəlbində əbədi yaşayacağını vurğulayıblar.