Zərdabda erkən nikahlarla bağlı növbəti seminar-müşavirə – fotolar

1
29

“Erkən nikah uşaq hüquqlarının pozulmasıdır!” mövzusunda Zərdab şəhər 3 saylı tam orta məktəbdə seminar müşavirə keçirildi. Tədbiri giriş sözu ilə məktəbin direktoru Rəna Əhmədova açdı. “Erkən nikah və onun azyaşlı qızların sağlamlıqlarına vurduğu zərbə, məktəbdə erkən nikahla bağlı şagirdlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi” mövzusunda Rayon İHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahib Nuriyev, Rayon İH yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu – aparıcı məsləhətçisi Xəyalə Veyisova, Rayon Təhsil Şöbəsində inspektor Mübariz İsmayılov, Rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq Elnarə Ağayeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, Uşaq və
Ailələrə Dəstək Mərkəzində metodist Nərgiz Eminova, məktəbin Qadınlar Şurasının sədri Gülşən Əliyeva, “Əkinçi”nin müxbiri Ələkbər Kərimov, məktəbdə qızlar şurasının sədri Aydan Ağalarova çıxış etdilər. Natiqlər qeyd etdilər ki, erkən yaşda ərə verilən təhsilsiz, özünü müdafiə etməyi bacarmayan qızların şəxsiyyət kimi formalaşma imkanları da itirilir, cəmiyyətdən təcrid olunur. Erkən nikahlar ailələrin dağılması və əksər hallarda bu izdivacdan doğulan körpələrin fiziki və əqli cəhətdən qüsurlu olması ilə nəticələnir.

www.zerdab.com

1 comment

  1. Men valideinlerimize deyirem ovladlarinizin geleceyini dusunun onlari erken aile heyati qurmaga vadar elemeyin qoyun onlar ozerinin ve heyatin ne oldugunu derk elesinler onlarin saglamligini qoyruyun ovladlarinizi bedbext elemeyin.

Comments are closed.