Zərdabın Gəlmə kəndində ev külə döndü – foto

1
25

Zərdab rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zərdab rayon Yanğından mühafizə hissəsinin məlumatına görə, hadisə gecə saatlarında rayonun Gəlmə kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Əhədov Sədyar Fikrət oğluna məxsus, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı evdə baş verən güclü yanğının söndürülməsinə 2  yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının miqyasının daha böyük olması səbəbindən əlavə olaraq qonşu Ağcabədi rayonundan 1 yanğınsöndürən maşın da çağırılıb. Evin yanğın başlayan otağı və çardaq hissəsi tamamilə yanıb. Yanğının digər 2 otağa keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın otaqda olan odun sobasından başlayıb. Faktla bağlı araşdırmalar davam edir.

www.zerdab.com

1 comment

Comments are closed.