Həmyerlimiz Nicat İsmayılov qalib oldu – foto

36

Həmyerlimiz, jurnalist Nicat İsmayılov Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibi olub. www.zerdab.com saytının məlumatına görə, müsabiqə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilirdi. Nicat İsmayılov “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə qalib olub. Ona Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun diplomu və 1000 manat pul mükafatı verilib.

Qeyd edək ki, Nicat İsmayılov bundan öncə də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında keçirdiyi müsabiqədə ən yüksək bal toplayaraq qalib olmuşdu. Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində Nicat İsmayılov da öz mükafatını almışdı. Ona qalibiyyət diplomunu Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim etmişdi. www.zerdab.com saytının kollektivi Nicat İsmayılovu təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.

Sevinc Abbasova

36 ŞƏRH

  1. Hemyerlimiz Nicat Intiqami urekden tebrik edir, yeni ilde daha cox uqurlarinin olmasini Allahdan arzu edirem. Qelbinde vetenperverlik, xeyirxahliq, merhemet duyqulari olmayan bir insan bele gozel yazilari yaza bilmez..Hele bu saytin fealiyyet gostermesi ucun temennasiz calishmaqini demirem.Allah yolunuzu aciq etsin!Azerbaycanin Sizin kimi genclere ehtiyaci vardir..Veteni sevmek imandandir..Bir daha tebrik edirem!Yeni-yeni uqurlarinizi gormek umidile..Fursetden istifade edib Sizin Dunya Azerbaycanlilarinin Hemreylik gununuzu de tebrik edirem..Ilin her bir gununu hemrey olmaq arzusuyla!

  2. Cox sevindim. Tebrik edirem Nicati. InwAllah ugurlarinin davami da geler. Soragini daha boyuk yerlerden ewidek

  3. Təbrik edirəm, Nicat! Bundan da böyük uğurlar nəsibin olsun! Təki həmişə xoş xəbər eşidək!

  4. Chox sevindim Nicat bey! Daha boyuk mukafatlar qazanasan inshallah! Sen en yuksek vetenperver-yurdsever jurnalist mukafatina layiqsen! Allah onu da sene qismet elesin! Yeni ilde yeni uqurlar qazanasan! AMIN!

  5. Sizi urekden tebrik edirem.Ishlerinizde yeni-yeni uqurlar arzulayiram!Allah komek olsun!

  6. Bu, cox sevindirici haldir..Nicat Intiqami urekden tebrik edirik.Daha boyuk uqurlara imza atmasini arzulayiriq..

  7. Tebrikler!Arzumuz budur ki qarsidan gelen 2013-cu ilde bundan daha boyuk nailiyyetler qazanasiniz!

  8. Hemyerlimizin evvelki uquru 2010-cu ilde olmushdu.O vaxt onun “Qocalar evinden aileye qayitmaq yeniden doqulmaq kimidir” yazisi qalib olmushdu.Allah ureyinize gore versin.Insallah 2013-cu il sizin ucun daha dusherli il olar!TEBRIKLER!!!

  9. Qaqa opurem ve seni urekden tebrik edirem ugurlarin davam etsin insallah…..

  10. Sizi urekden tebrik edirem uqurlar dileyirem.InwaAllah adiniz hemiwe yukseklerden geler bizde bir hemyerli kimi sizin uqurunuza sevinib sevincinize werik olariq.

  11. Qaqa opurem ve seni urekden tebrik edirem ugurlarin davam etsin insallah….

  12. Salam qardaş seni təbrik edirəm.bundan da yüksək hədiyələr alasan

  13. ISLERIN EMELLERIN NALIYYETLERIN EVEZEDILMEZDIR KIMSELER BUNU TEKRARLAYA BILMEZ.DUSUNUREM KI,MUKAFAT BACARIGINA VE SEYLERINE GORE AZDIR..AMMA NEZARA ALSAQ KI,INKISAF SURETLIDIR ONDA,DEMELIYIK UGURLARIN DAVAMLI OLSUN.
    TEBRIK EDIREM EZIZ KARDESIM. SENE UGURLAR.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + 19 =