Sevil Gültən: “Mən doğulandan xoşbəxtliyə doğru yol gedirəm”

2
34

Sevil GültənHəmyerlimiz Sevil Gültəndən şerlər…

 ***

Necəyəm?

Heç özüm də bilmirəm.

Tufandan sonra  necə sakitlik olursa

Ürəyimdə də eləcə bir sükut ağalıq edir.

Sənə olan sevgimi

Bükmüşəm mənə dediyin sonuncu kəlməyə

Asmışam ürəyimin ən gözəgəlimli yerindən.

Xatirələrin küləyi yırğaladıqca

Ürəyim də oynayır

Küləyin çaldığı hər havaya.

Göz yaşlarım su çiləyir

Həsrətdən qovrulan arzularıma.

Mən bilmirəm necəyəm-

Bəs sən?

2 oktyabr, 2010

 

 ***

O qədər güclüyəm ki

Hətta hər şeyi unudub

Təzədən başlamağa da hazıram.

O qədər zəifəm ki

Hətta bir kəlmə acı sözünün ağırlığına da

Gücüm bəs etmir.

O qədər qəddaram  ki

Sənə olan sevgimi boğa da bilərəm.

O qədər kövrəyəm ki

Xatirələrimi göz yaşımla sulayaram.

O qədər ağıllıyam ki

Duyğulrıma çəpər çəkə bilərəm.

O qədər duyğuluyam ki,

Ağlımı ürəyimdə həbs edərəm.

O qədər …. o qədər sənsizəm ki

Özümü talayıb yerində səni əkərəm.

                       2 oktyabr, 2010

***

 “ Yeddi uşaqdan təkcə Sevil bədbəxt oldu.”

                                                  -Anam-

 Ana, yükdaşıyan olmaq olmaq bədbəxt olmaq deyil ki…

Gör neçə ildi ki, çiynimdə iki qız yükü daşıyıram-

Nəfəsimi dərmədən,

Gözlərimi qırpmadan.

Ana, sevilmədən yaşamaq bədbəxt olmaq deyil ki…

Gör ürəyimdə sevginin necə dərin kökləri var-

O köklərin üstündə ürəyimin ağrılarıyla  yarışıram.

Ana, xoşbəxlik gözləyə-gözləyə yaşamaq bədbəxlik deyil ki…

Mən doğulandan xoşbəxtliyə doğru yol gedirəm-

Hələ gedirəm…

Hələ gedirəm…

Hələ gedirəm…

3 oktyabr, 2010

 ***

Dünəndən açıq qoymuşam ürəyimin qapılarını

Isəyirəm sənə olan sevgim  üçub getsin ürəyimdən-

Ürəyimin gücü çatmır bu sevgini daşımağa,

Ürəyimin  gücü çatmır ayrılıqla dalaşmağa.

Dünəndən bağlamışam

Xatirələrə gedən yolları-

Istəmirəm gecə-gündüz yol gedəm,

Istəmirəm ki, gün-gün olub xatirələrimə səpələnəm.

Dünəndən yığmışam ovcuma

Olub qalan ümidlərimi

Istəmirəm sənsizlikdə itib batsın.

Dünəndən ürəyimdə elə səninlə danışıram

Istəmirəm səni incidən mənlə

Kəlmə kəsmək.

Kəlmə kəsmək!

                             2 oktyabr, 2010

2 ŞƏRH

  1. Bax bu bashqa mesele..Cox saq olun Sevil xanim..Tesekkur edirik sheirlere gore…

  2. Yolunuz uqurlu olsun ,Sevil muellim.Qilariniz da gozunuze ciraq olsun.Onlar yuk deyiller Tanrinin en gozel hediyyesidirler.Weirlere gore sag olun.

Comments are closed.