Yanvarın 26-da Zərdab rayonunda sınaq imtahanları keçiriləcək

1
26

sınaq imtahanı Yanvar ayının 26-da Zərdab rayonunda 5, 6, 7, 8-ci sinif şagirdləri üçün sınaq imtahanları keçiriləcək. www.zerdab.com saytının məlumatına görə, bu barədə “ZƏRDABİ YOLU” Tədris Mərkəzinin təsisçisi Natiq Eyvazov məlumat verib. Onun sözlərinə görə, sınaq imtahanları Zərdab rayonu 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Sınaq imtahanları Azərbaycan dili, Riyaziyyat, İngilis dili və məntiq üzrə olacaq.

Natiq Eyvazovun dediyinə görə, imtahanlarda istifadə edilən suallar, orta məktəb proqramına uyğun (sentyabrın 15-dən dekabrın 28-ə qədər) olaraq keçirilmiş mövzulara əsasən tərtib edilib: “İmtahanda hər mövzu üzrə 15 sual olmaqla cəmi 60 sual istifadə ediləcək. Hər sual 1 balla qiymətləndiriləcək. Hər 4 səhv sual isə 1 düzgün cavabı siləcək! Sınaq imtahanında ən çox bal toplamış şagird tədris mərkəzində pulsuz təhsil almaq hüququ qazanacaq! İmtahan saat 09:30-da başlayacaq. Maraqlanan şagirdlər 23 yanvar 2013-cü il tarixə qədər “ZƏRDABİ YOLU” Tədris Mərkəzinə müraciət edə bilərlər”. Ünvan: “ZƏRDABİ YOLU” Tədris Mərkəzi. AZƏRBAYCAN küçəsi 41. (Köhnə MAYAK şadlıq sarayı).

www.zerdab.com

1 comment

Comments are closed.