Zərdabda qan verdilər – fotolar

1
27
Zərdab rayonu
Zərdab rayonu

3 yanvar 2013-cü il tarixdə Heydər Əliyev Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda növbəti dəfə qanvermə aksiyası keçirilib. Bu barədə www.zerdab.com saytı məlumat yayıb. Şəhər “Cümə məscidi”ndə keçirilən tədbirdə talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə idarə, müəssisə və təşkilatlardan, təhsil, səhiyyə və mədəniyyət ocaqlarından 300 nəfərdən çox vətəndaş cəlb edilib. Mingəçevir Regional Qan Bankının həkim briqadası tərəfindən sağlamlıq vəziyyəti imkan verən rayon sakinlərindən qan nümunəsi götürülərək qablaşdırılıb. Rayon sakinləri bu cür xeyirxah aksiyaların əhəmiyyətini yüksək qiymətləndiriblər.

www.zerdab.com

ZerdabZərdab rayonuZərdab rayonu

1 comment

  1. talassemiya ve hemofiliyadan eziyet ceken usaqlara neyinki qanimizi lazim gelerse canimida vermeye haziram bu aksiyani teskil edenlere ve basda Cenab Prezdentimize ve onun Xanimina derin minatdarligimi tesekurmu bildirem usaqlarin qaydina qalib onlara komekliyliyini edirler

Comments are closed.