Kreml Sarayında çıxış edən zərdablı – Abbas Bağırov

1
35
Abbas Bağırov
Abbas Bağırov

Abbas Bağırov 1939-cu ildə Zərdab rayonunun Xanməmmədli kəndində doğulub. Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirdikdən sonra Zərdabda müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 19 il rayon kənd təsərrüfatı idarəsində plan-maliyyə şöbəsinin müdiri işləyib. Təsərrüfatlarda daxili təsərrüfat hesabının səmərəli təşkilinə görə 1970-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olub. Səksəninci illərin ortalarında seçkili orqan olan rayon istehlak cəmiyyətinə rəhbərlik edib. İşgüzarlığı və işə yaradıcı münasibəti ilə diqqəti çəkib, Moskvada keçirilən SSRİ Kooperatorlarının XI qurultayına nümayəndə seçilib və orada çıxış edib. Abbas Bağırov Böyük Kreml Sarayında çıxış edən birinci və sonuncu zərdablı olub.

         İşlədiyi müddətdə Abbas müəllimin əməyi müntəzəm olaraq dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Əldə etdiyi nailiyyətlərə görə 5 mart 1980-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Ali Sovetinin 20 noyabr 1981-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar İqtisadçısı” fəxri adına layiq görülmüşdür.

Abbas Bağırov eyni zamanda islam dininə etiqad göstərən ibadət əhli idi. O, Məşhəd və Kərbəla kimi müqəddəs yerləri ziyarət etmişdi. Hörmət əlaməti olaraq Zərdabda hamı onu “Seyid Abbas” – deyə çağırırdı.

www.zerdab.com

1 comment

  1. Allah rahmet elesin! Gozel, xeyirxah, her zaman sozunu deya bilen cesaretli, mudrik bir insan, zengin biliye ve chox genish dunyagorushune malik bir ziyali idi. Edebiyyati chox edebiyyat muellimlerinden yaxshi bilirdi. Musteqillik doneminde yashasaydi chox boyuk ishler qura bilerdi. Heyif ki, ahilliq yashina chatmadan dunyasini deyishdi. Allah qardashinin, ovladlarinin, neve-neticelerinin canini salamat elesin! Amin!

Comments are closed.