Azərbaycanda ilk dəfə olaraq Zərdabinin nəsil şəcərəsi tərtib edilib

21
62

Həsən-bəy-ZərdabiYaxın vaxtlarda kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, həmyerlimiz, Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolları” adlı kitabı işıq üzü görəcək. www.zerdab.com saytının məlumatına görə, monoqrafiyada Azərbaycanda ilk dəfə olaraq Eldəniz Həsənov tərəfindən Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub. Həsən bəy Zərdabinin nəsil şəcərəsi Eldəniz Həsənovun gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, əldə etmiş olduğu bilgilər, arxiv sənədləri əsasında tərtib edilib. E. Həsənov tərtib etdiyi şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini vermiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların o zaman xalqının, millətinin tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyyələri, xeyriyyəçilik hərakatını diqqətə çatdırıb və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açıb.

Eldniz-Hsnov5-256x350Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə
doktoru, Beynəlxalq Ekoenergetika
Akademiyasının ekologiya üzrə professoru,
Zərdabişünas, həmyerlimiz

Xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millətin mənəvi atası, millət fədaisi, müsəlman şərqində ilk müsəlman xeyriyyəçilik hərakatının banisi, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi Həsən bəy Zərdabi ailəsinin, eyni zamanda onun nəslindən olan insanların keşməkeşli həyat yollarından bəhs edən bu monoqrafiya hesab edirik ki, təkcə Zərdabi nəslinin, Azərbaycan xalqının nümayəndələri üçün deyil, bütövlükdə dünya azərbaycanlılarının hər birinin yaddaşına həkk olunacaq tarixi bir əsər olacaq.

Eldəniz Həsənov www.zerdab.com saytına açıqlamasında: “Bu monoqrafiyanı Azərbaycanın ilk ali təhsilli müəllimi, milli teatrımızın, milli mətbuatımızın banisi, müsəlman şərqində xeyriyyəçilik hərakatının ilk yaradıcısı, millətin mənəvi atası, ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas alimi, 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərindəki elmi fikirləri və təcrübi olaraq həyata keçirdiyı işləri ilə təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, yerquruluşu və digər elmlərin əsasını qoyan, görkəmli içtimai-siyasi xadım Həsən bəy Məlikov Zərdabinin anadan olmasının 170 illiyinə həsr edirəm”,-deyib.

Məlumat üçün bildirək ki, ötən ilin iyun ayında Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) anadan olmasının 170 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdı. Azərbaycanda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsinin tərtib olunması bu baxımdan da mühüm əhəmiyyətə malikdir.

www.zerdab.com

21 ŞƏRH

  1. Heqiqeti eks etdiren layiqli bir tarixi eser olmasina umid edirem. Sebirsizlikle bu kitabin ishiq uzu gorduyu gunu gozleyirem.Ellerinize saqliq, Eldeniz muellim.

  2. H.B.Zerdabinin kecdiyi heyat yolunu,nesil seceresini arashdirib ortaya cixartmaqda size derin minnetdarligimizi bildiririk.Yorulmayasiz.Bu neslin ovladlari-Sevda,Heyran.

  3. Dahi bir shexsiyyet neslinden olmasina qurur duyub sebirsizlikle emeyinizin behresini gormek isteyirik.Ellerinize quvvet,caniniza sagliq dileyirik.Yorulmayasiz.

  4. Zərdabi nəslinin davamçısı olaraq böyük qürur hissi keçirirəm və müəllifə, Eldəniz müəllimə ailəm və öz adımdan dərin minnətdarliğımı bildirirəm.. Kitabın nəşrini səbrsizliklə gözləyirik.. Natəvan xanıma qoşuluram, əllərinizə sağlıq..

  5. Zerdabinin bugun yashayan neslinden olan evladlarinin hormet ve ehtiramini qebul edin.

  6. Coxdan nəslimizin şəcərəsi haqqında düçünürdüm. Eşidəndəki Eldəniz muəllim bütün bunları qələmə almaq istəyir cooox sevindim. Bu işdə Sizə müvəffəqiyyətlər arzulayır və dərin təshəkkürümü bildirirəm.Hörmıtlə:Nüsrət bəy Məlikovun qızı Əsnayə xanım.

  7. Zərdabi nəslinin şəcərəsinin tərtib edilməsi xəbəri ailəmizdə böyük həyəcana, sevincə səbəb oldu. Bu nəsil haqda bildiklərim az imiş kimi bu şəcərəni oxumaq həvəsim birə-beş artdı. Əvvəlcədən təşəkkürümü bildirirəm.

  8. Coxdan nəslimizin şəcərəsi haqqında düşünürdüm. Eşidəndəki Eldəniz muəllim bütün bunları qələmə almaq istəyir cooox sevindim. Bu işdə Sizə müvəffəqiyyətlər arzulayır və dərin təshəkkürümü bildirirəm.Hörmıtlə:Nüsrət bəy Məlikovun qızı Əsnayə xanım.

  9. Eldeniz muellim size ugurlar diliyirem ! Selim beyin gardaşi Baxiş beyin gizi Əzizbikə xanimin neticesi Cavanşir

  10. Mehsuliyyetli ve serefli isinizde size ugurlar dileyirem.Bu neslin basina getirilen ve zaman zaman yaddaslara hekk olunan,agri acili,istirabli,gunleri yasayib dunyasini deyisen yasli neslin ruhu sad olsun.Inaniramki bu eser Melikovlar nesline ebedi ucalan abidenin temel dasi olacaq.Lutviyye xanim Rehim qizi Melikovanin evladi Esmira xanim.

  11. Kitabinizin soragi Qazagistan collerinde surgun heyati yasamis Melikov neslinden olan babalarimiz,valideyinlerimizin varisleri olan indi Qirgizistanda meskunlasan evladlari adindan size minnetdarligimizi bildiririk.Kitabinizi sebirsizlikle gozleyeceyik.Adil,Aydin,Aliyye,Arif Xalilovlar.

  12. Mehsuliyyetli ve serefli isinizde size ugurlar dileyirem.Bu neslin basina getirilen ve zaman zaman yaddaslara hekk olunan agri acili,istirabli,guneri yasayib dunyasin deyisen yasli neslin ruhu sad olsun.Inaniramki bu eser Melikovlar nesline ebedi ucalan abidenin temel dasi olacaq.Lutviyye xanim Rehim qizi Melikovanin evladi Esmira xanim.

  13. Sebirsizlikle kitabinizin isiq uzunu gormesini arzulayiriq.Ozumuzu bu neslin davamcilari oldugunu duyub fereh hissi keciririk.Nusret bey Rehimovun neveleri Rauf,Ilham,Vuqar.

  14. Eldəniz müəllim sizə ugurlar arzulayırıq və bu işdə sizə kömək etməyə həmişə hazırıq-Nüsrət bəyin nəvələri : Vüqar .Kamal. Rauf.
    Natiq.

  15. Eldeniz muellim men teesuf edirem ki bu yazini oxumamisham.Bunu mene N.Ismaylov bildirdi.Size bu sherefli ishinizde boyuk ugurlar arzulayiram.

    H.Zerdabinin emisi Seferali beyin oglu Hemdulla beyin nevesi Henifexanim Selimova

  16. Hormetli ELDENIZ muellim, H. B ZERDABI irsinin arasdirilmasi ve “H.B ZERDABİ irsi ” kitabinizi tezlikle çap etdireceyinizi bildikde çox sevindik. bu cetin ve serefli arasdirmalariniza gore butun qohumlarimiz adindan size tesekkur edirik. ƏLVƏND bəylərindən RƏHİM bəyin nəvəsi MAARİF QURBANOV

  17. Hörmətli Eldəniz müəllim, bu işlə məşğul olduğunuza görə mən sizə böyük minnətdarlığımı bildiriəm. Son illər H. B. Zərdabinin saxta qohumları və nəvələri peyda olmuşdur. Sizin bu kitabınız, əminəm ki, bütün qaranlıq məqamlara aydınlıq gətirəcək. Nüsrət bəy Məlikovun nəvələrinin adı: Etibar, Rauf, Minəxanım, Elbrus, İradə, Mətanət, İlham, Vüqar, Kamal, Natiq, Natavan, Nüsrət, Aytən.
    Hörmətlə Kamal.

  18. MEN COX SEVINIREM KI HESEN BEY ZERDABI NESLININNENEM. BABAM MEHEMMEDELI SELIMOVUN ATASI HEMDULLAH BEY SELIMOV H.ZERDABININ DOGMA EMISI SELIM BEYIN OGLUDU.MENE BABAMIN ADINI VERIBLER.FAMILIYAM DA MENIM UCUN EZIZDI.OZ ADIM VA SOYADIMLA FEXR EDIREM.INDI BIR GARDASHIM DA VAR.HESEN ZERDABI.BU ADI ONA ATAMIN BABASININ VESYIETI ILE VERIBLER.BIBIMIN ADINI GERIBSOLTAN XANIM GOYUB ,OZ ANASININ SHEREFINE, HENIFEXANIM. ATAMA DA ATASININ ADIN GOYMAG ISDIYIB. AMMA O VAX ICAZE VERMIYIBLER???????HEMDULLAH BEYIN NEVELERININ ADI,HENIFEXANIM,BAHAR,ELI, ANAR.HORMETLE HEMDULLAH ZERDABI

  19. Xəbəri eşidəndə çox sevindim. Zərdabi nəsli adından müəllifə minnətdarlığımızı bildirirəm.

  20. Cox sag olun . Kitabi oxuduq biz de bu nesilden oldugumuz ucun fexr edik.Zərdabi nəsli adından müəllifə minnətdarlığımızı bildirirəm. Yusif Adgozelovun oglu Fikret Hesenov (Agcebedi r. Qaradolaq kendi )

Comments are closed.