Zərdab sakini axtarılır – foto

0
18
Məhəmməd İsmayılov
Məhəmməd İsmayılov

İsmayılov Məhəmməd Kazım oğlu 1955-ci il avqust ayının 3-də Zərdab rayonunun Qoruqbağı kəndində dünyaya gəlib. 2002-ci ilin əvvəllərinədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Lakin 2002-ci il mart ayının 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının Zerdab.com-a verdikləri məlumata görə, bu günədək Məhəmməd İsmayılovdan heç bir xəbər yoxdur. Düzdür, doğmaları bir neçə dəfə onun Bakıda görünməsi ilə bağlı məlumat alıblar, ancaq sonradan bu xəbər təsdiqini tapmayıb. Məlumat üçün bildirək ki, Məhəmməd İsmayılov onu tanıyanlar arasında həm də Yunis adı ilə məşhur olub. Çoxları bu gün də onun adının rəsmi sənədlərdə Məhəmməd olmasından xəbərsizdir. Onu da əlavə edək ki, Məhəmməd İsmayılov yoxa çıxmamışdan öncə atası Kazım kişi sağ olub. Deyilənə görə, o ömrünün son günlərinədək Məhəmmədi (Yunisi) arzulayıb. İndi isə onun anası Xanım İsmayılova ağır yataq xəstəsidir. Xanım İsmayılovanın da ən böyük arzusu oğlunun tapılmasıdır. Məhəmməd İsmayılovu görənənlərdən, onu tanıyanlardan, harada olmasını bilənlərdən xahiş olunur ki, (+994) 051 867 83 96 nömrəsinə zəng vursunlar və ya nicat_i@yahoo.com email adresinə yazıb məlumat versinlər. Məlumat verən şəxslər mükafatlandırılacaqlar. Bir daha qeyd edək ki, Məhəmməd İsmayılov həm də Yunis adı ilə tanınıb.

Zerdab.com