Gənclər üçün Prezident mükafatı təsis olunacaq

1
26

İlham ƏliyevAzərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaq. www.zerdab.com saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən bildirilib ki, artıq bununla bağlı normativ hüquqi sənədlər təsdiq olunması üçün Ədliyyə və Maliyyə nazirliklərinə təqdim edilib. Gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident mükafatının məbləği 10 min manat təşkil edəcək.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində hazırlanan mükafat üç istiqamət – elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərə təqdim olunacaq.

Mükafat ölkə və xalq naminə görülmüş işin nəticəsinə görə, il ərzində elm-təhsil sahəsində ixtiraya, mədəniyyət və incəsənət sahəsində Azərbaycanı yüksək səviyyədə təmsilçiliyə, geniş ictimai fəaliyyətə görə veriləcək və hər il hansısa şəxsin seçilməsi mütləq şəkildə deyil.

Qeyd edək ki, əvvəllər fərqlənən gənclərə mükafatı Gənclər və İdman Nazirliyi təqdim edirdi və maksimum məbləğ 500 manat təşkil edirdi.

İyulun 7-də qəbul olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib.

www.zerdab.com

1 comment

  1. genclerimizi ireli cekdiyi ucun genclerimizi hemise desteylediyi ucun hemise genclerimizi sayib secdiyi ucun genclerimize hemise arxa dayaq olan cenab Prezdentimize derin minatarliqimi ve tesekurmu bildirem tanri sizi qorusun

Comments are closed.