Zərdabım

3

Sən çox yaraşırsan Kür qırağına,

Məzahir Qarayev
Məzahir Qarayev

Anam tək istidir, qucağın Zərdab.

Çoxları sevinir bu növrağına,

Sönməsin heç zaman ocağın Zərdab.

***

Görənlər deyir ki, olmusan abad,

Torpağın hər zaman gül bitiribdi.

Var Həsən bəy kimi oğulun sənin,

Bu böyük dahini el yetiribdi.

***

O, bir məşəl oldu xalqın yolunda,

Zülmətdən sıyrılıb işığa çıxdı.

Sinə gərib xurafata, cahilə,

Sabaha inamla, şərəflə baxdı.

***

Zaman gəldi, köhnə dövran dəyişdi

İnsan oğlu yeni həyat yaratdı.

Hər insana öz obası behiştdi,

Mənim də məkanım Zərdababaddı.

 

 Müəllif: Məzahir Qarayev

 Zerdab

 

 

 

3 ŞƏRH

  1. Ehsen ata. Seninle qurur duyuram. Cox guzel yazmiwsin, ellerine sagliq. Bu arada onu da qeyd etmeliyem ki, bu cur yazarlar indi tek–tekdir.

    Qızı; Gunay

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × 3 =