Qaravəlli kəndi

1

Qaravəlli kəndiZərdabın qədim və zəngin tarixə malik kəndlərindən biri olan Qaravəlli rayon mərkəzindən 10 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, meyvəçilik və s.-dir. Qaravəllidə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, elektron ATS, uşaq bağçası, mobil telefon ötürücü qurğusu və ikimərtəbəli inzibati bina və s. var. Adından da göründüyü kimi, bu kəndi Azərbaycanın qədim türkdilli tayfalarından olan Qaravəllilər salmışlar. Bəziləri onların Ağsudan gəldiyini deyirlər. Ağcabədi, Ağdaş, Balakən, Bərdə, İmişli, Gədəbəy və Şamaxı rayonlarında da Qaravəlli adlanan kəndlər var. Bir zamanlar Ağsu rayonunda da bu adda kənd olmuşdur. Azərbaycan torpağı olan indiki Ermənistanda da bir zamanlar Qaravəlli adlı kəndlər var idi. Maraqlıdır ki, rayonumuzun Lələağacı kəndi ərazisində Qaravəlli qalası adlanan yer bu gün də mövcuddur.

Ərazisi 1156,44 hektar
Əhalisi 843 nəfər

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × 5 =