Sınaq imtahanları Zərdabda da təxirə salındı

0
25

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar bir sıra rayonlarda XI və IX siniflər üzrə təxirə salınmış mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları bu həftənin sonunda da keçirilməyəcək. Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib. Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, XI və IX siniflər üzrə mərkəzləşdirilmiş yoxlama (sınaq) imtahanları Zərdabda fevralın 11-12-nə keçirilmişdi. Amma Təhsil Nazirliyi bu təqvimlərə təyin olunan sınaq imtahanlarını da təxirə salmışdı.
Təhsil Nazirliyindən bildirilib ki, Xocalı faciəsinin ildönümü ilə bağlı bu həftənin sonunda da sınaq imtahanları baş tutmayacaq. Belədə imtahanların gələn həftənin şənbə-bazar günlərində keçirilməsi gözlənilir.
Qeyd edək ki, IX siniflərdə sınaq  imtahanları Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilir.