Peyğəmbər aşiqi Veysəl Qarani – VİDEO

4
77

Uveys KaraniVeysəl Qarani (Üveys Qarani) ziyarətgahı biz zərdablılar üçün ikiqat doğmadır, əzizdir. Bizlərdən az adam tapılar ki, bu müqəddəs ziyarətgahı heç olmasa, ömründə bir dəfə də olsa, ziyarət etməsin. Harada yaşamağımızdan asılı olmayaraq, bir gün geriyə – rayonumuza dönəndən sonra yolumuzu həm də bu doğma məkandan salırıq.

Məlumat üçün bildirək ki, Veysəl Qarani ziyarətgahı Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində yerləşir. Burada Peyğəmbər (s.ə.s) aşiqi, haqq-ədalət carçısı Veysəl Qəraninin dəfn olunduğu deyilir. Veysəl Qarani Türkiyədə həm də Veysel Karani adı ilə tanınır. Rəvayətə görə, 650-ci illərdə ərəblər islamı yaymaq üçün Azərbaycana gəliblər. Tuqay meşələri yaxınlığındakı Suffin şəhərində böyük döyüş olub. Bu ərazidə indi Zərdabın Yuxarı Seyidlər kəndi yerləşir. Deyilənlərə görə, Məhəmməd Peyğəmbərin (s.ə.s) müridi Veysəl Qərani burada şəhid olub və dəfn edilib. Dini inanc və etiqadların güclü olduğu yerlərdən sayılan Zərdab rayonuna bu ziyarətgahı ziyarət etmək üçün hər il minlərlə insan axışır. Bəs Veysəl Qarani haqqında nə bilirik? Bu dəyərli insanı tanıya bilirikmi? Hesab edirik ki, onu tanımağın və tanıtmağın ən yaxşı yolu barəsində çəkilmiş filmə baxmaq lazımdır. Bunu nəzərə alıb oxucularımıza Veysəl Qaraninin (Üveys Qarani) həyatından bəhs edən filmi təqdim edirik. İnanırıq ki, ürəyinizcə olacaq.

Sonda onu da əlavə edək ki, saytımızın əməkdaşları bu yaxınlarda Veysəl Qarani ziyarətgahında olub fotolar çəkiblər. Yaxın zamanlarda həmin fotolar saytımızda fotosessiya şəklində yayımlayacağıq.

www.zerdab.com

4 ŞƏRH

  1. ovaxti men orani ziyaret ederken ordaki mollalardan soruwandaki niye gore bu qebrin ustu aciqdi qiraqlari horlub amma ustu duzelmeyib.dedim belke maddi imkaniniz yoxdu.mene deyendeki biz orani bir nece defe duzeltmiweik hemiwede ustu uchmuwdur.dedim yeqin pis hazirlamisiz deyendeki xeyr deyilime gore ovaxti Veysel Kerani ehd edibmiw ki ne vaxtsa def olunanda hec kesden secilmemeliyem mene gumbez tem teraqli qebr lazim deyil

  2. Biz de burani ilde 2-3 dəfə ziyarət edirik. ora gedende içimde o qədər rahatlıq olur ki daha tez tez getmek isteyirem. hər dəfə də orda çoxlu sayda ziyarətçilər olur. orada qurban kəsirik, orani ziyarət edirik . Allah hər bir kəsin ziyarətini qəbul etsin. Amin

  3. Filme baxmamisdan qabaq o ziyaretgaha menim boyuk hormetim var oranin rehberi haci dayiyada hemcinin amma gelin razilasaq ki ordaki bezi insanlar o ziyaretkaha hec yarasmirlar yeqin ora gedenler menim kimleri dediyimi anlayarlar.filime gore tesekur

  4. BIZIM ÜCÜN HƏM DOĞMA HƏM MÜQQƏDƏS BİR YER.COX SAĞ OLUN BU VEYSƏL QARANİ HAQDA BİLGİ VERDİNİZ. BICAQCILILAR BU EVLİYAYA VURĞUNDUR.O ƏRAZİDƏ İKİ DAHA EVLİYA VAR ONLAR HAQDADA YAZSANIZ BİZLƏR ÜCÜN XOŞ OLAR.

Comments are closed.