Zərdabda hesabat yığıncağı keçirildi

0
28

Zərdabda 2011-ci ilin sosial-iqtisadi yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış ediblər. Rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin hesabat məruzəsində bildirib ki, ötən il 505 daimi iş yeri açılıb. 35 min 390,8 hektarda kənd təsərrüfatı bitkiləri əkilib. Pambıqçılığın inkişafına da diqqət artırılıb. İribuynuzlu mal-qaranın sayı 389 baş artaraq 53 min 499 başa, davarların sayı 1744 baş artaraq 109 min 434 başa, quşların sayı isə 2647 baş artaraq 184 min 423 başa çatıb. Ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən rayon ərazisində 4 modul tipli sutəmizləyici qurğu tikilib istifadəyə verilib, nəticədə 23 min 850 nəfərdən çox sakin təmiz içməli su ilə təmin olunub. Zərdab-Kürdəmir istiqamətində 10 min 300 metr su xətti çəkilib.
Yığıncaqda ötən il təhsil, səhiyyə sahələrində görülmüş işlərdən, əhalinin elektrik enerjisi və təbii qazla təminatı üçün həyata keçirilən tədbirlərdən ətraflı danışılıb, bu sahələrdəki mövcud nöqsanlar və onların aradan qaldırılması yolları geniş təhlil olunub.