Zərdabda yeni təşəbbüs: 90 min ağac əkiləcək

0
21

ağacəkməAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli sərəncamı ilə bağlı zərdablılar rayon ərazisində, o cümlədən magistral yolların kənarlarında 2013-cü ildə 90000 ədəd müxtəlif cinsdən ola ağacların əkilməsi təşəbbüsünü irəli sürüblər. www.zerdab.com saytına verilən məlumata görə, 25 yanvar 2013-cü il tarixdə rayon ərazisində iməciliklər keçirilməsinə start verilib. Bu gün təşkil olunan könüllü ağacəkmə kampaniyasında rayonun idarə, müəssisə və təşkilatlarından, mədəniyyət, təhsil və səhiyyə ocaqlarından minlərlə adam iştirak edib. Kampaniya çərçivəsində Zərdab-Ucar magistral yolunun kənarında, təbii fəlakətdən ziyan çəkmiş ailələr üçün yeni salınmış qəsəbədə və Heydər Əliyev parkında 10000 ədəd sərv, küknar, şam və türk qovağı əkilib.

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq may ayına qədər rayon mərkəzində, Zərdab-Ucar, Zərdab-Mollakənd, Zərdab-Ağcabədi magistral avtomobil yollarının kənarlarında və 42 yaşayış məntəqəsinin ərazisində daha 80000 ədəd ağacın əkilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son illər Zərdab rayonunda 250 minə qədər ağac və gül kolu salınıb. Təkcə Heydər Əliyev parkında 55000 ədəd ağac və gül kolları əkilib. İməciliklərdə 1000 nəfər iştirak edib.

www.zerdab.com

Zerdab-rayonu