Könlü balıq istəyənin… Zərdabdan FOTO + VİDEOLAR

7
40

ZerdabZərdab rayonu Kür sahilində yerləşdiyindən balıqçılıq, balıq ovu burada hələ qədim dövrlərdən geniş yayılıb. Məlumat üçün bildirək ki, Kür Zərdabın bütün ərazisindən axır. Zərdabın 42 yaşayış məntəqəsindən 22-si məhz Kür çayının sahilində yerləşir. Kürün ən sakit, lal axarı Mərkəzi Aranda, o cümlədən Zərdab ərazisindədir. Yəqin elə bu səbəbdəndir ki, bu bölgədə böyüyüb boya-başa çatan adam az tapılar ki, balıq tutmasın, balıq ovuna həvəs göstərməsin. Balıqçılıq hər zaman Zərdab rayonunda əsas məşğuliyyət növlərindən biri saylıb.

ZerdabQədim zamanlarda varlı-hallı adamlar Zərdaba ov etməyə gələrmişlər

Hələ qədim zamanlarda varlı-hallı adamlar, ixtiyar və imtiyaz sahibləri Kürün sahilinə dincəlməyə və ov etməyə gələr, yay aylarını burada keçirərmişlər. Əslində, bu gün də rayonumuzda ov turizmini inkişaf etdirməklə, bura turistləri cəlb etmək mümkündür. Lakin, bunun üçün müəyyən infrastruktur olmalı, bu işlər planlı şəkildə təşkil olunmalıdır.

Balıq Azərbaycan mətbəxində ləziz qida növlərindən sayılır. Təkcə Zərdab rayonunda balıqdan 10 çeşiddə, müxtəlif növ xörək hazırlanır.

Zərdablıların bişirdikləri qazanbalığı ayrı bir aləmdir…

Zərdabda balıq xörəkləri demək olar ki, hər bir evdə xüsusi istedadla, nəfis şəkildə hazırlanır. Təsadüfi deyil ki, bu gün Zərdabda ictimai-iaşə obyektlərində də müştərilərə təklif edilən balıq qidaları dadına görə adla deyilir. Hər il yüzlərlə insan ölkəmizin müxtəlif bölgələrindən balıq yemək üçün məhz Zərdab rayonuna üz tutur. Qışda isə, ilanbalıq ən çox yeyilən balıq növlərindən biri olur. Zərdablıların bişirdiyi ilanbalıq kababının dadından doymaq mümkün deyil. Qazanbalığı isə ayrı bir aləmdir…

Balıq ovu həm də bir istirahətdir

ZerdabElə insanlar da var ki, balıq ovuna məhz istirahət kimi baxırlar. Rayonumuza gələnlərin bir çoxu məhz yerli əhaliyə qoşulub balıq ovuna yollanırlar.

Məlumat üçün bildirək ki, həmyerlimiz jurnalist Nicat İntiqam da balıq ovu həvəskarıdır. N. İntiqam bundan həm zövq aldığını, həm də istirahət etdiyini dedi.

Zərdab rayonunda yay aylarında da balıq ovlanır

Videolara keçməmişdən öncə bir məqamı qeyd etmək yerinə düşər. Söhbət ondan gedir ki, el arasında belə bir fikir var ki, balıq yalnız adında “r” hərfi olan aylarda ovlanır və yeməli olur. Məsələn, sentyabr, oktyabr, noyabr və s. Halbuki, Zərdab rayonunda yay aylarında da balıq ovlanır və tutulan balıqlar dadına görə, heç də digər aylarda tutulanlardan geri qalmır, əksinə bəlkə, daha da dadlıq olur.

Yazımızın sonunda oxucularımıza Zərdab rayonunda balıq ovu zamanı çəkilmiş bir neçə videonu təqdim edirik. Videoların kim tərəfindən çəkildiyi bizə bəlli deyil. Əslində, bunun bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Zərdab, video və balıq ovu varsa, bu, bizim üçün kifayətdir…

www.zerdab.com

7 ŞƏRH

  1. Baligi cooox sevirem. Zerdabda kime qonaq getsem, beri bashdan deyirem, baliq qizartsin.)))Ilanbaligi yox haaa.)) axcali.

  2. beh beh beh. men hem de ilanbalığı sevirem. bu il heç qismet olmadı, yeyemmedim ))

Comments are closed.