Erkən nikah erkən problem deməkdir

1
Zərdab rayonu

Zərdab rayonuZərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi və  Rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd ərazi dairəsi üzrə nümayəndəliyi ilə birlikdə Yarməmmədbağı kənd inzibati binasının iclas zalında “Erkən nikahlar məişət zorakılığının başlıca amillərindəndir” adlı tədbir keçirib. www.zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə Mərkəzin direktoru Könül Həsənova açaraq “Erkən nikah məişət zorakılığının başlıca amillərindəndir” mövzusunda geniş məruzə edi. K. Həsənova öz çıxışında qeyd edib ki, bu məsələdə valideynlərin də məsuliyyəti böyükdür. Övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət daşımalıdır. Erkən nikahlar adətən ölkənin cənub rayonları üçün spesifik olsa da, indi artıq bizim rayonumuzda da bu hallara tez-tez rast gəlinir. Sonra Yarməmmədbağı kənd tam orta məktəbinin təlim tərbiyə işləri üzrə müavini Məlahət Əliyeva erkən nikahların yaranma səbəblərindən, qarşısının necə alınmasından, kənd həkimi Ağabəy Məmmədov erkən nikahların orqanizmdə yol açdığı fəsadlar haqqında çıxış ediblər. Mərkəzin metodisti Ləman Səfərəliyeva “Qadın zorakılığına yox deyək” adlı məruzə edib. Daha sonra erkən nikahın və məişət zorakılığının doğura biləcəyi fəsadlarla bağlı film izlənilib. Tədbirin sonunda Rayon İcra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini  Nicat Xəlilov yekun nitqi ilə çıxış edərək bildirdi ki, bu cür tədbirlər valideynlər və yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakter daşımaqla bərabər bu problemin həlli istiqamətində mühüm addımdır. Tədbirdə iştirak edən valideyn və məktəblilərə Mərkəz tərəfindən bukletlər paylanılıb.

www.zerdab.com

Zərdab-rayonu

1 comment

  1. Men 1 qadin olaraq mehz Zerdab rayonunda bele bir Merkezin fealiyyet gostermesine sevinirem.Bu gun Erken nigah butun cemiyyetimizin belasidir.Mariflenmeye guclu ehtiyac oldugu bir zamanda Merkezin bele fealiyyetini alqislayiram.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven − 4 =