Zərdabda bir qrup gəncə qiymətli hədiyyələr verildi – fotolar

4
27

Zerdab rayonu2 Fevral Gənclər Günü münasibətilə fevral ayının 1-də “Kür” şadlıq sarayında zərdablı gənclərin bayram tədbiri keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev məruzə ilə çıxış edib. Məruzədə gənclərə diqqət və qayğının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, bu diqqət və qayğının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi razılıqla vurğulanıb. Ölkəmizdə 2007-ci ilin “Gənclər ili”, 2009-cu ilin “Uşaq ili”, 2012-ci ilin “İdman ili” elan edilməsi gənclərimiz tərəfindən dövlətimizin Başçısına minnətdarlıq hissi ilə qarşılandığı bildirilib. İlkin Əliyev gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirib, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışıb.

Tədbirdə çıxış edən gənclərin nümayəndələri 2012-ci ildə rayonda gənclər üçün yaradılan şəraitdən də ətraflı danışıb, ölkə Prezidentinin iştirakı ilə Zərdabda Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Yaradıcılıq evinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışına görə Dövlət Başçısına gənclərin minnətdarlıqları bildirilib.

Yayılan məlumata görə, çıxışlarda həmçinin İsmayıllı hadisələrinə münasibət bildirilib, müxalifətin qeyri-ciddi, qanunlarımıza zidd addımları qətiyyətlə pislənilib, Əli Kərimlilərə, İsa Qənbərlərə gənclər arasında yer olmadığını bəyan ediblər.

Toplantıda həmçinin yazıçı Əkrəm Əylislinin  “Daş yuxular” əsəri ilə bağlı fikirlər səsləndirilib. Əkrəm Əylislinin bu əsərinə görə onun bütün kitablarının satışlardan yığışdırılması, respublika vətəndaşlığından xaric olunması, xalq yazıçısı adından məhrum edilməsi təklif olunub.

Gənclərin bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış edib, 2012-ci ildə ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclərə qiymətli hədiyyələr təqdim edib.

Mərasim boyu rayonun musiqi kollektivləri gözəl ifaları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edilər.

www.zerdab.com

Zerdab rayonu

Zerdab rayonuZərdab-rayonu

Zerdab rayonu

Zerdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonu

Zərdab rayonuZərdab-rayonuZərdab-rayonu

4 ŞƏRH

  1. mende butun genclerimizin gencler gunu munasibeti ile tebrik edirem gencliyin qedrini bilin birde genclik heyati olmayacaq genclik heyatinizi semereli deyerlendirin geleceye bir faydaniz olsun gencliyi yaradan Ulu Onderimize allah remet elesin genclerimize destek olan onlara arxa dayaq olan Cenab Prezdentimize butun gencler adindan ve oz adimdan derin minatarligimi tesekurmu bildirem allah sizi qorusun

    u

  2. Salam. Genclerimizi xususen de Zerdab Rayon Gencler ve Idman İdaresinin reisi Ilkin muellimi tebrik edirem. Nece gozel ugurlara.

  3. Cox sevindirici haldir ki,bugun Zerdabda bucur tedbirler yuksek seviyyede kecirilir.

Comments are closed.