Fevralın 23-də Zərdabda şagirdlər üçün sınaq imtahanı var

3
38

məktəb Fevral ayının 23-də Zərdab rayonunda 3, 4, 5, 6, 7, 8-ci sinif şagirdləri üçün sınaq imtahanları keçiriləcək. Bu barədə www.zerdab.com saytına “ZƏRDABİ YOLU” Tədris Mərkəzinin təsisçisi Natiq Eyvazov məlumat verib. Natiq Eyvazovun sözlərinə görə, sınaq imtahanları Zərdab rayonu 1 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Sınaq imtahanları Azərbaycan dili, Riyaziyyat, İngilis dili və Məntiq üzrə olacaq. Sınaq imtahanlarında istifadə edilən suallar ancaq keçilmiş mövzuları əhatə edəcək. İmtahanda hər mövzu üzrə 15 sual olmaqla cəmi 60 sual istifadə ediləcək. Hər sual 1 balla qiymətləndiriləcək. Hər 4 səhv sual 1 düzgün cavabı siləcək! Sınaq imtahanında ən çox bal toplamış şagird tədris mərkəzində pulsuz təhsil almaq hüququ qazanacaq! İmtahanlar saat 09:30-da başlanacaq. Natiq Eyvazov onu da qeyd edib ki, bu sınaq imtahanından etibarən texnikumlara hazırlaşan şagirdlər də öz güclərini sınaya biləcəklər.

Maraqlanan şagirdlər 20 fevral 2013-cü il tarixə qədər, “ZƏRDABİ YOLU” Tədris Mərkəzinə müraciət edə bilərlər. Ünvan: Zərdab rayonu, 1 saylı orta məktəb.

Tel: 050 375 30 84, 050 383 76 52

www.zerdab.com

3 ŞƏRH

  1. hamiya buradan salam deyirem 4-cu sinfde oxuyuram kecen defe 350 bal topladim onu deyiremki 2015-ci ilde navaxi imtahan olacaq

Comments are closed.