90-cı illərin tanınmış ifaçısı, həmyerlimiz Sakif Məmmədov – VİDEO

1
190
Sakif Məmmədov
Sakif Məmmədov

Sakif Məmmədov 1952-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində anadan olub. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsində təhsil alıb. 1973-cü ildə Yuqoslaviyada ali təhsil alan gənclər festivalının qalibi olub. 1976-cı ildə Azərbaycan Dövlət Qastrol Konsert Birliyinə solist qəbul edilib. 1975-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında solo konsertlər verib. Konsert birliyində işləyən zaman Azərbaycanın bütün bölgələrində Sara Qədimova, Əbülfət Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova kimi sənətkarlarla konsertlər verib. Dünyanın bir neçə ölkəsində (Yuqoslaviya, Çexoslovakiya, Finlandiya, Norveç) Azərbaycan xalq musiqisini və incəsənətini təmsil edib. 1992-ci ildə muğam teatr studiyasının dinləyicisi olub, muğam ifaçısı və nəzəriyyəçisi ixtisasına yiyələnib.

Azərbaycanın hərbi hissələrində hərbiçilər qarşısında mütəmadi olaraq çıxışlar edir. Əlamətdar tədbirlərdə konsertlər verir.
http://www.youtube.com/watch?v=UIWp-kYznds

1 comment

  1. Zerdab saytini yaradanlara oz tesekkurmu ve minnetdarligimi bildirirem. Hem de Sakif Memmedovun heyat ve yaradiciligindan kilipini verdiniz ve menim 1999-ci ilin 25 mart ayinda qiz toyumu xatirlatdiniz. O zamandan taniyiram. Sakif Memmedov cox gozel mugennidir ve cox gozel toy senliyini idare edir, gozel oxuyur. Irade Fedayi ile birlikde onun mahnilarindan biri Nerminim biride Zerdab mahnisi en yaxsi yadimda qalanlardandir. Sakif Memmmedov, sizden xahisim budur Agdasin kecmis bascisini xatiresin yad ederek onun nevesine beslediyiniz Nerminim mahnisini, Zerdabin mahnisini AzTV-de ve internetde seslendiresiniz.Evvelceden size tesekkurumu ve minnetdarlığımı bildirirem. Hormetle, hekim Imanova Sevinc Tofiq qızı.

Comments are closed.