Zərdablılar Mübariz İbrahimovu məzarı başında andılar

9
42

Zerdab rayonu Fevral 7-i Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Zərdablı gənclər bu münasibətlə Mübariz İbrahimovun məzarını ziyarət ediblər. Bu barədə www.zerdab.com saytına ziyarətçilərdən biri – Zərdab rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Eldar Xəlilov məlumat verib.

Məlumat üçün bildirək ki, zərdablı gənclərin Mübariz İbrahimovun məzarını ziyarət etmələri ənənə halını alıb. Artıq 3 ildir ki, gənclərimiz Mübariz İbrahimovun II Fəxri Xiyabanda qəbrini ziyarət edirlər.

Eldar Xəlilov deyib ki, Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb, mərhumun ruhuna dualar verilib, onun keçdiyi şərəfli ömür yolundan danışılıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Zərdab rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Zərdab rayon gənclər və idman idarəsinin rəisi İlkin Əliyev və digərləri olublar.

Xatırladaq ki, Milli Qəhrəman Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orada orta təhsilini başa vurub. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib. Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. 19 iyun 2010-cu il tarixində Tərtər rayonun Çaylı kəndi yaxınlığında şəhid olub. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib.

www.zerdab.com

Zerdablilar

9 ŞƏRH

  1. allah remet elesin qebiri nurla dolsun sehidlerimiz olmezdiler onlar hemise biz azerbaycan xalqinin qelblerinde yasayir onlar bizim qelbimizde yasayir
    bu gun senin ad gunundur yaş ustune gelir yaşin
    qalx ayaga veten oglu xalqin seni ziyarete gelibdir
    olmemişem yaşayiram soyle bize sen bir daha
    xalqimin qelbinde hemise yasayiram men

  2. veten oğlu hüner göster adin gelsin uzadlardan
    seninle biz fəxr eləyək gələcəyə addimlayaq
    hünər göstər qəhrəman ol şərəfli bil şehidliyi
    onunla sen ucalarsan her bir zaman anilarsan

  3. Igid oler adi qalar.Amma bizim igidler hec vaxt bizimcun olmurler.Her an onlarin varligini hiss edirik.Allah size rehmet eylesin eziz qardasimiz.Qebrin nurlu,valideynlerin ise sebrli olsun.Amin

  4. Allahbütün şəhidlərimizə rəhmət elesin. Zərablıların bu təşəbbüsü həqiqətən tədirəlayirdir.

  5. ilkin muellimin cixisina bizde baxdiq sagolun ki vetenperver ogullari vetenperverlik hisleri ile yad edirsiz

  6. Allah Mübarizə rəhmət eləsin.O vətən qarşısında borcunu verənlərdəndir.
    Milli qəhrəmanlarımızdan hazırda yaşayanları da var.Eləcə də mərhum H.Əliyevin Milli Qəhrəman adı ilə təltif olunanlar da var.Odur ki,Milli Qəhrəmanlar münasibətdə ədalətli olub onların hər birinin anılmasını arzu edirəm.Çünki,torpaqlarımız hələki,azad olunmayıb və yeni qəhrəmanlara ehtiyacımız vardır.
    Razı olanlardan dəstək vermələrini xahiş edirəm.

  7. Tohid. sherhine cavab verilmesini istemisen duzdur qehramanlaimiz saysizdir her birini yad etmek borcdur elecede qehramanlara her zaman ehtiyyac var ogullarimizda var, Ancaq istediyin desdeye elediyin tenqide bir sualla cavab vermek isteyirem.
    Bu gencler M.Ibrahimovun ziyaretine getmeseydi bu melumat burda yerleshdirilmeseyti bu tenqidini hara yazacaydin?

Comments are closed.