Zərdab rayon Polis Şöbəsinin yeni binasının inşası yekunlaşır

3
29

polis şöbəsiZərdab rayon Polis Şöbəsi üçün yeni binanın inşası artıq yekunlaşmaq üzrədir. www.zerdab.com saytına verilən məlumata görə, bina 4 mərtəbəlidir. Binanın inşa olunmasının məqsədi Zərdab rayonunda daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi texniki bazasının gücləndirilməsidir. Ən müasir standartlara uyğun tikiləcək binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz ediləcək. Yeni tikilidə xidməti otaqlarla yanaşı, akt zalı da olacaq. Binada ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya xətləri quraşdırılacaq.

www.zerdab.com

3 ŞƏRH

Comments are closed.