Zərdab rayonunun 3 kəndində yeni məktəb binaları tikilir

1
23

yeni məktəb binası inşa olunur Zərdab rayonunun 3 kəndində müasir standartlara cavab verən yeni məktəb binaları tikilir. www.zerdab.com saytına verilən məlumata görə, bunlar Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndləridir. Yeni məktəblər müasir avadanlıqlarla tam təmin olunacaq və burada şagirdlərin yüksək təhsil almaları üçün hər cür şərait yaradılacaq. Binalar müasir istilik və işıqlandırma sistemləri ilə təchiz ediləcək, kitabxana, akt və idman zalları da olacaq.

Məlumat üçün qeyd edək ki, son 5 ildə Zərdab rayonunda 13 yeni məktəb binası tikilib. Bundan əlavə, 1 məktəb, 3 uşaq bağçası əsaslı təmir olunub. Gələcəkdə rayonumuzun digər kəndlərində də yeni məktəb binalarının inşası davam etdiriləcək.

www.zerdab.com

1 comment

Comments are closed.