Zərdabda Gigiyena və Epidemiologiya Mərkəzində yanğın

2

yanğınZərdab rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Ramiz Kərimov küçəsi-7 ünvanında yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində qeydə alınıb. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Ümumi sahəsi 280 kvadratmetr olan binanın 20 kv.m içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Qalan hissə isə yanğından mühafizə olunub. Araşdırma aparılır.

2 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × four =