Zərdabda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım mərsimi keçirilib

0
27

Dünən ölkəmizin bütün bölgələrində olduğu kimi, Zərdabda da Xocalı faciəsinin iyirminci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Tədbirdə rayon ictimaiyyəti nümayəndələri, o cümlədən ağsaqqallar və gənclər, yuxarı sinif şagirdləri iştirak ediblər. Anma mərasiminin iştirakçıları Şəhidlər parkında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər çiçəklər qoyub, faciə qurbanlarının xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 20 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qanlı faciənin məhz ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edənlər soyqırımı qurbanlarının xatirəsinin daim əziz tutulacağını, bu insanların gələcək nəsillər tərəfindən ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq simvolu kimi qəbul olunacağını bildiriblər.