Professor: “Əlvəndə qəsəbə statusu verilməsi ürəyimizcə olardı”

6
27

Əlvəndwww.zerdab.com saytında yayımlanan “Azərbaycan tarixini araşdıranlar Zərdabın Əlvənd kəndinə gəlsinlər” adlı məqaləyə bu kəndin ziyalılarından cavab gəlməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, yazı ilə əlaqədar saytımızın elektron poçtuna məktublar daxil olur. Həmin məktublardan birinin müəllifinin Əlvənd bəylərindən olan Rəhim bəyin nəvəsi, hörmətli Maarif Qurbanov olduğunu bildirmişdik. Maarif Qurbanov www.zerdab.com saytı vasitəsi ilə əlvəndlilər adından icra orqanlarına müraciət edərək Əlvəndə qəsəbə statusunun verilməsini xahiş etmişdi: “Kəndimizin qədimliyini və bugünkü müasirliyini nəzərə alaraq, Əlvəndə qəsəbə statusunun verilməsini yuxarı icra orqanlarından əlvəndlilər adından xahiş edirik”.

Ötən gün www.zerdab.com saytının emailinə Zərdab rayonunun Əlvənd kəndinə qəsəbə statusunun verilməsi ilə bağlı daha bir dəyərli ziyalımızdan maraqlı məktub daxil olub. Məktubun müəllifi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru, Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, həmyerlimiz Məhərrəm Məmmədlidir. Məlumat üçün bildirək ki, hörmətli ziyalımız Məhərrəm Məmmədli də Zərdab rayonunun Əlvənd kəndinin yetirməsidir. Məhərrəm müəllim yazır: “Əlvənd kəndi Azərbaycan türklərinin qədim yaşayış yerlərindəndir. Y.e. II əsrində Ptolemeyin “Coğrafi təlimnamə” əsərində bu kəndin adı Alvana şəklində çəkilmişdir”.

M. Məmmədli qeyd edir ki, orta əsrlərdə bu yaşayış məskəni Şirvanda mərkəz olmuşdur: “A. A. Bakıxanov bu faktı təsdiqləyir və yazır ki, 1775-ci ildə Şirvan xanı Ağası xan Əlvənddə oturub bütün Şirvana hökmran oldu”.

“XIX əsrdə Əlvənd iqtisadi cəhətdən inkişaf etmiş kənd olmuşdur. Bu kəndə qəsəbə statusu verilsə, qədim nüfuzu özünə qayıtmış olar”,-deyə qeyd edir professor Məhərrəm Məmmədli.

M. Məmmədli son günlər gündəmə gələn bu aktual məsələyə rəsmi qurumlar tərəfindən reaksiya veriləcəyinə və müvafiq addımlar atılacağına inanmaq istədiyini bildirib.

Ümid edək ki, dəyərli ziyalılarımızın bu təşəbbüsü öz müsbət effektini verəcək.

www.zerdab.com

6 ŞƏRH

  1. Çox sağ olun əzizimiz və hörmətli professorumuz Məhərrəm müəllim. Bizim təklifimizlə həmfikir olduğunuza görə.Nə yaxşi ki,sizin kimi -VƏTƏNİNİ, ELİNİ -OBASİNİ sevən ,həmişə doğma yurdunu abad görmək istəyən ziyalilarimiz var .İndi söz Əlvəndin yetirmələri olan başqa hörmətli professor və ziyalilarimizindir.

  2. Təəssüf ,çox təəssüflər olsun ki,yüzlərlə Əlvəndlilər arasindan bir nəfər “qonaq” -KÖHNƏ ƏLVƏND BAZARİNA TƏZƏ – – – – – – vuran tapildi,rişğənd elədi gülmək istədi….. Ruslarin belə bir atalar zözü var -YAXŞİ GÜLƏN SONUNCU GÜLƏNDİR təx.-belə. bir daha TƏƏSSÜF

  3. Elvend kedindeki sosial ve meiset obyektleri ona qesebe statusunu verilmesine imkan yaradir

  4. mende bir BDU telebesi kimi nene ve babalarimin yawadigi ve mene dogma olan meskene QESEBE statusu vermesini isteyerdim

  5. Cox sag olun Meherrem muellim desteklediyinizcun,her bir Elvendlinin boyuk arzusuduki QESEBE statusu verilsin kendimize,her birimiz desteklemeliyik Maarif muellimi…

Comments are closed.