Prezidentin Zərdaba ayırdığı 2 milyon manat hara xərclənib? – eksklüziv

33
37

Zerdab.comPrezident İlham Əliyev “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayandan sonra Zərdab rayonunda nə kimi işlər görülüb? www.zerdab.com saytı hər kəsi maraqlandıran bu sualla bağlı araşdırma aparıb və maraqlı məlumatlar ortaya çıxarıb. Məlumat üçün bildirək ki, sözügedən sərəncam 2012-ci ilin oktyabr ayının 15-də imzalanmışdı.

Faktlara keçməmişdən öncə onu da əlavə edək ki, Prezidentin sözügedən sərəncamında qeyd olunur ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi, Zərdab rayonunda da əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində müəyyən işlər görülmüş, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Sənədə əsasən, Zərdab şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Zərdab Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

www.zerdab.com saytına verilən məlumatda vurğulanır ki, sərəncamın imzalanmasından sonra rayonda quruculuq, abadlıq və yenidənqurma işləri daha da sürətlənib. Məlumatda hazırda rayonda görülən işlər ardıcıllıqla qeyd olunub.

Məsələn, bildirilib ki, hazırda Zərdab şəhərinin müxtəlif istiqamətlərdə girişlərində giriş qapıları tikilir. Bundan başqa 100-ə yaxın ailənin məskunlaşdığı 27-ci yaşayış məhəlləsinə 6 metr enində yeni yol salınır.

Hazırda Heydər Əliyev parkına yeni dekorativ daşlar düzülür.

“4 yol” adlanan ərazidə yenidənqurma və abadlıq işləri sürətləndirilib.

Məlumatda Şəhidlərin Xatirə Parkının hazırda əsaslı təmir olunduğu qeyd edilir.

Bundan başqa, 14 kommunal yaşayış binasının dam örtüyü dəyişdirilir və təmir işləri aparılır.

Bundan əlavə, hazırda Zərdab şəhər 3 saylı uşaq bağçası əsaslı təmir olunur. Körpələr evinin sanitar texniki qovşaqları, elektrik xətləri, qapı və pəncərələri, dam örtüyü yenilənir.

www.zerdab.com saytına verilən məlumatda Qumlu yaşayış massivində yeni işıq dirəklərinin quraşdırıldığı da qeyd olunub. Qeyd edək ki, Zərdab rayonunda görülmüş, görülən və görüləcək işlərlə bağlı daha geniş yazı yaxın günlərdə saytımızda yayımlanacaq.

www.zerdab.com

Diqqət: Yazıya şərh yazanlardan anonim adlardan istifadə etməmələri xahiş olunur.

Zerdab.com

33 ŞƏRH

  1. Vusal, o işıq direklerini görürsen? Başına düşmesin, yazıxsan. Diqqele bax – gör tezedir, ya köhne?

  2. Bizim icra başçımızdan bir xahişimiz var: mümkünse, rayonun merkezi parkında atraksionların sayını artırsınlar. Atraksionlar azdır. Çox olsa, uşaqlarımız daha çox eylener, istirahet daha rengareng olar. Biz Rusiyada görmüşük.

  3. Olduqca qeyri peşəkar araşdırmadır.Bu yaxınlarda bu 2(iki)milyonla bağlı bir nəfər yuxarılara şikayət etmişdi.——————————————————————————————-
    Şəhidlər Xiyabanının giriş qapısını hamı hər gün görür.Oqapının daş çərçivəsinə üzlük vurmaq 20000 manata dəyərmi.
    14 kommunal yaşayış binası deyəndə nəyin nəzərdə tutulduğu anlaşılmır.O binalar hamısı özəlləşdirilib,xüsusi mülkiyyətdədir.Xeyir ola onların dam ortüyü niyə o hesaba ,özüdə nə işlə məşğul olduğu bəlli olmayan idarə tərəfindən dəyişdirilməlidir?!
    Ümumiyyətlə bu “abadlıq-quruculuq işləri” nə deməkdir,bunu bilən varmı.Necə deyərlər “Keçəl başını yudun?-Yudum da daradım da”…..

  4. ——————-əvvəldən helə olub. Mən ildə 2 dəfə Bakidan Zerdaba gedirem. —————————————————————————— ! Biz basqa yerde yasamaqimiza baxmayaraq yerimiz ZERDABDİR. ————————————————————–Biz sevindik ki———————–. Zerdabda hami bir-birini taniyir hec olmasa ad qoyub getsinler.

  5. Men sebir kasasinin dasmasini gormek isteyirem ———— . AY ————- BUNU OXUYUB BIR INSAFA GELESEN?TOK DA DASI ETEYINDEN XIDMET ET —————-.EYER YAXSI OLSAYDI INDI BU INSANLAR XEYRINE YAZIRDILAR. MEN SIZIN YERINIZE ——————– ——————-. AND OLSUN ALLAHA AYAGINIZIN ALTINDAN TORPAQ QACACAQ ELINIZI TUTMAQ ISTEDIYINIZ DAYAQ YERLERINE ELINIZ CATMAYACAQ. XALQ SIZE ————- ——————————————-BU GUN DE GEC DEYIL BASLAYIN YAXSI EMELLERE QOY BU SIKAYETLER YADDAN CIXSIN. GEC DEYIL QAYIDIN YOLUNUZA. PREZIDENTIMIZ AXI HAMINIZA ESITDIRDI INDI ONUN QULAGI SESDEDI SIZI DE GONDERER ——————ELE BILMESENIZ YAXSIDIR QAYIDIN YOLUNUZA ALLAHDAN QORXUN

  6. Zerdab 10 il önceki Zerdabdır? Ne qeder yeni tikili var? Ne qeder mekteb tikilib? Ne qeder abadlıq işleri görülüb? İşıq direkleri hamısı deyişdirilib, mekteb ve xestecanalar, uşaq bağçaları temir olunub. Bundan artıq icra başçısı ne etmelidir? Zerdabın girişine gelende adam ele birlir xarici bir şehere gelib, evvel bele şeyler var idi? Park adamın üreyne yatr. Giren çıxmaq istemir. Başçı bundan artıq ne etmelidir. Çatışmazlıq her yerde var, bunu Prezident özü de dedi.

  7. Zerdab heqiqeten cox deyisib son dovrlerde daha bu deyisiklikleri gormezlikden gelirikse onda nedeyim. Son dovrde tek Zerdab yox butun rayonlarda abadliq-quruculuq isleri yuksek seviyyede aparilir.

  8. En azindan o cirkabda sen de varsan ona gore kecmisen mudafiyeye. imkanin olsa cix bir kendlere orada ki yollara camaatin gunune guzaranina. sonra temirden cixan ——————– xerclenib ve ne qeder yazilib —————————————————————————————————————————————————- rayonun dord yolunda ala qapi tikmekle bayraq asmaqla rayon abadlasdirmirlar. sene basqa arqumentler de getirerdim amma bu saytin heyyetine rehberliyine etdiyim hormete gore susuram. ————————————-

  9. Kimin nəyinə lazımdır ki, pul hardan gəldi hara getdi???Onun necə və hara xərclənəcəyi barədə sənədlər toplandıqdan sonra pul ayrılır..Hərə özünə aid işi görsə yaxşı olar məncə..

  10. Rayonun bulvarı nə vaxt plana düşəcək görəsən? Mənsur Məmmədovun bulvarda düzəltdikləri də baxımsızlıq üzündən yararsız vəziyyətdədir

  11. Bugunku dersimizin movzusu “KOMMUNAL BINALAR”. xahiw eliyrem oz adini gizdedib werh yazanlar, wehidler parkinin ancaq qapisina baxanlar, gozu yumulu gezenler yaxwi oxusun. Kommunal binalar xususilewdirilmiyib, camaatin hokumet evleri deyilen evler vareeee, bax hemin evlerdi onlar. Gormeyenler (ya da ki gormek istemeyenler) eziyyet de olsa cixsinlar xestexana terefe baxsinlar hec olmasa, cox uzaq getmesin. BU gunluk bu qeder

  12. Hörmetli oxucular, bundan sonra gizli adlarla yazılan şerhler verilmeyecek.

  13. Super. Xowum geldi bu sohbetden. Anonim yazilar gedmesin bundan sora. Adminliye hormetler

  14. icra hakimiyyetinde işleyib,Qumluda yaşayan arvad xeylagi kimdi??taniyan var??adin desin taniyan varsa

  15. Sizin saytın və qulluq etdiyiniz hakimiyyətinizin təmsilçiləri hər vaxt açıq polemikadan çəkinir.Faktlar göz önündədir.
    Bir daha xatırladıram “camaatin hokumet evleri deyilen evler vareeee” onlar özəlləşib və hər birinin konkret sahibi var.Əgər aydın deyilsə izah edirəm: O evlərin sahibi həmin evi, istədiyi vaxt, istədiyi adama sata və ya bağışlaya bilər.Yəni yaşadığım evin mənim olub -olmadığını Yusif məndən yaxşı bilir?! Məsələ ondadır ki,həmin binaların dam örtüyünü dəyişmək üçün ————————— ayrılaraq ***********. Bunu görüb və dəlil gətirənləri Yusif kimilər, öz tərbiyələrinə uyğun, “kor” adlandırırlar.
    Əgər əlinizdə əsaslar varsa yazdıqlarınızı arqumentlərlə əsaslandırın,——————————. Yoxsa arqumentsizlikdən ——— uyğun sözlər işlədib, sonra isə yazılan şərhləri ya heç verməyib və yə kəsib doğramaqla hansı vəziyyətdə olduğunuzun fərqində deyilsiniz?!

  16. (bilmireme nece – bey yoxsa xanim deye muraciet edim, cawdim. nese.) Hormetli Tohid, deyesen tez hirslendik..!? Sozum onda deyil. Terbiyeden de ders vere bilerem

  17. Çox hörmətli Yusif mənim yazdığım şərhdə tərbiyə sözu yoxdur.Yaxşı-yaxşı oxuyun.Qaldı tez hirslənməyə,bir qədər diqqətli olun .Ataların bir sözü var “Soğan yeməmisən,için niyə göynəyir”.
    Hər halda şərhlərdən aydın görünür ki, sizə verilən tapşırığı layiqincə yerinə yetirə bilmirsiniz.
    Əgər belə olsaydı ” (bilmireme nece – bey yoxsa xanim deye muraciet edim, cawdim. nese.) Hormetli Tohid, deyesen tez hirslendik..!? Sozum onda deyil. Terbiyeden de ders vere bilerem” kimi erməni budaq cümləsi işlətməzdiniz.
    Bir daha xatırladıram səviyyəli mükalimənin tərədarıyam.Hər kəs yazdıqları ilə özünü təqdim edir.

  18. 2 gun evvel yazdigivizi boynuvuzdan atirsiz Tohid. daha ne daniwasiz ki…? “öz tərbiyələrinə uyğun” men iwdedmiwem bu sozu?

  19. Yusif!Mən bununla sizə sübut etdim ki,burda şərhlərə cavab verən,siz, məlum şöbədə oturub,sayta nəzarət edənlərdənsiniz.Yuxarıda oxuyun,görün orada tərbiyə sozü varmı mənim şərhimdə.Yoxdur!Əgər siz saytın adından yazsa idiniz bu başadüşülən olardı.Amma hansısa Yusif adı ilə istifadəçi kimi özünüzü göstərməyə çalışmanız bir daha sizin tərbiyənizin göstəricisidir.Yəni mən Sizi və sizin saytınızı ifşa etdim. Necə ki,”QAQAZİNFONU” sizinlə əməkdaşlıqda ifşa etmişdim. Ona görə də mən bu saytda bundan sonra anonim imza ilə yazacağam.

  20. Tohid müellimin yazdıqlarından men bele başa düşdüm ki, (eger yanılmıramsa) o Yusif adlı istifadeçinin saytın emekdaşı olduğunu, ancaq başqa adla yazdığını düşünür. Hörmetli Tohid müellim, teessüf ki, men Yusif adlı istifadeçini tanımıram, onun saytımızla ne resmi, ne de qeyri-resmi elaqesi yoxdur.
    O ki qaldı saytı ifşa etmeyinize, eger bele bir fakt varsa, bize de deyin, açığı, çox maraqlı geldi. Heç kim deye ve sübut ede bilmez ki, bu sayta icradan ve ya hansısa bir qurumdan maddi destek olunub. Ele insan varsa, buyursun.
    Biz ne edirikse, temennasız, Allah rizasına ve rayonumuza olan sevgimizden edirik.
    Temennasız, cavanlıq enerjimizden istifade edib rayonumuzu virtual alemde tanıtmaq isteyirik. Eger sizin her iddia etdiyiniz bu qeder doğrudursa, onda ölenden sonra ALlah qarşısında işlediyiniz bu günahların hesabını nece vereceksiniz? Ölüm her kes üçün var ve bir gün emellerimize göre haqq-hesab olunacağıq. Yalan, iftira, qeybet Allahın sevmediyi emellerdendir. Odur ki, eger bunu işleyirikse, bir gün cavabını da vereceyik.Axiretinizi düşünün, Allahdan qorxun ve yalan danışmayın!!!Haqqımızda yalan, iftira danışanlara, bize çirkab atanlara da haqqımızı halal etmirik. Qiyamet günü üz-üze gelerik, onda Allah qatında bize iftira atmanın izahını verersen, inşallah.
    Menim nömrem saytda var, zeng vura bilersen.
    İki hemyerlimizin arasında geden mübahiseye gelince, men buna ancaq teessüf edirem. Uğurlar.

  21. Hormetli şerh bildren insanlar, movzudan uzaqlasdiq bir qeder, amma vacib oldugu ucun meseleye melumat yönumlu münasibet bildirim. Men eminem ki, bu saytın rayon rehberliyine (yəni her hansi icra hakimiyyeti orqanina) umumiyyetle hansisa hokumet yonumlu bir quruma hec bir aidiyyati yoxdur. Mehz buna gore sizden xahis edirem, sayt rehberliyi ile ve saytla bagli danişdiginiz ve ya yazdiginiz melumatları deqiqleşdirdikden sonra sehifeye yazin. Cünki bu sayti erseye getiren insan var ve biz yalnız ona minnetdar olmaliyiq, cunki o insan bu işleri yalniz oz şexsi hesabina ve fedakar emeyi hesabina erseye getirib ve bununla yanasi bu gune qeder bu sayti bizim istifademiz ucun yaşadir. Bu saytda YENI INDI BIZ HER HANSI QEYRI DEQIQ MELUMATI SOYLEMEKLE BU INSANIN EZIYYETINI QiYMETLENDiRMEK EVEZiNE ONUN EZiYYETiNi HEC ETMİŞ OLARIQ..Eziz dostlar, saytin aktivliyi her birinizin emeyidir, buna gore her biriniz alqişa layiqsiniz. Gelin bacaririqsa biri birimizin hislerine toxunan mubahiselere yol vermeyek. Tenqidlere hessas olmayin, tenqid ozu de meselenin hellini tapmasi ucun en yaxsi vasitedir. Beli, gorulen işler de qiymetlendirilmelidir ve bu işler terife layiqdir. Qusurlar da ola biler, amma bundan melumatsizda ola bilerler, yazin oxusunlar ve imkanlar daxilinde tedbirler gorsunler. Memur ozbasnaligi her yerde var, duzdur! Biz arzu edirik ki, bu cur hallar Zerdabda bas vermesin. Her birimizin fikirlerine reylerine hormetle yanasaq – eksine mubahise edib ozumuzun ve oxucularin diqqetini movzudan uzaqlasdirmayaq. Bir Zerdabli kimi men de isteyerdim ki, eyer 2000000 manat umumi Zerdab rayonun ve onun kendlerinin abadlasdirilmasi ucun ayrilibsa, dord (4) km-lik Qoruqbagi-Sariqaya- Melikli yolu da esasli temir olunsun. Çunki bu yol 2000-den cox ehalisi olan uc (3) kendin sakinlerinin istifadesindedir. Hormetli sayit rehberliyi, size ugurlar arzulayiriq. Eziz istifadeciler, size bir melumat verim ki, bu saytda gorulen butun isler tek bir insanin fealiyyetidir. Baxin, görun her gun yeni meqale derc olunur, diger isler gorulur ve bilin ki, bu isler tek adamin işi deyil, çox çetindir. Yalniz biz deye bilerik ki, yorulmayasan qardas, sene ugurlar bu uzun yolun yolculugunda. Şexsen öz adımdan size minnetdaram. Elin gozu terezidir.Calismaqda davam et.

  22. Hörmətli Nicat müəllim!Siz mənim şərhimin əsas yerlərini verməmisiniz.Amma Yusif şərhin verilməmiş hissəsinə cavab verib.Belə görünür ki,o mənim yazdığım şərhlə bütövlükdə tanış olmaq imkanına malik olub.Bu isə onun sizin saytla bu və ya digər şəkildə əlaqəsinin olmasını göstərir.Qaldı sizin təmənnasızlığınıza,axı mənim yazdığım şərhdə bir ərizəçinin ərizəsi ilə bağlı hissəni nə üçün çıxarmağınız başa düşülən deyil.Axı kimə məlum deyil ki,bu pul necə,nə üçün ayrılır və aqibəti necə olur.Məgər siz bu qədər məlumatsızsınız.Axı bu mexanizmi prezident özü açıqladı.
    Siz mənim şərhimi qiymətləndirməlisiniz:İndiyə kimi heç bir yazınız ətrafında bu qədər şərhlər yazılıb, münasibət bildirilməyib.
    Mən sizin əməyinizi qiymətləndirirəm,ona gorə ki,ən azı sizin əməyiniz nəticəsində mən də müəyyən məsələlərə münasibət bildirmək imkanı qazanıram.O da başa düşüləndir ki,kimlərisə tənqid etməklə özünüzə problemlər yaratmaq istəmirsiniz.Amma əgər bunu mən və ya bir başqası edirsə,bunun qarşısını almamağı sizdən XAHİŞ edirəm.

  23. Yeqin ki, sizin şerhin bezi yerleri sonradan ixtisar olunub. Ola biler ki, hemin oxucu da oradan oxuyub. Bir daha qeyd edirem, hemin istifadeçini tanımıram!!!!Qalanı qalsın sizin öhdenize. Her halda Allah görür.
    Şerhlere gelince, biz ne mümkündürse, onu edirik. Bütün hallarda size uğurlar.

  24. olmazki belee..—————————————————
    ——————————-
    ——————–
    ————————–

  25. Admin senden xahiw edirem yazdiglarimi pozma..hormetsizlik eleme..her jesin oz azad fikir var bunlarda mneim fikirimdi…sadece olaraq suallarima cvb axtariram?

Comments are closed.