Zərdab rayonuna yeni prokuror təyin edildi

0
130
Baş Prokuror Zakir Qaralov
Baş Prokuror Zakir Qaralov

Zərdab rayonuna yeni prokuror təyin edilib. www.zerdab.com saytının yaydığı məlumata görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrə əsasən,  Zərdab rayon prokuroru vəzifəsini icra edən Bəhruz İbrahimov  həmin vəzifədən azad edilərək Lerik rayon prokuroru təyin edilib. Baş prokurorun imzaladığı digər əmrə görə, Zərdab rayon prokuroru vəzifəsi Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Süleyman Süleymanova həvalə edilib.

www.zerdab.com