Həqiqi gözəllik

3
27

anaAna, “Körpəmi görmək istəyirəm?” – dedi. Bir azdan tibb bacısı qucağında bir qundaq geri qayıtdı. Ana həyəcanlı idi. Ürəyi şiddətlə döyünürdü. Tələsik uşağın üzündəki örtüyü qaldırdı. Qaldırdı və… heyrətdən yerində donub qaldı. Bunu görən həkim sürətlə üzünü yana çevirdi. Sanki heç bir şeydən xəbəri yox imiş kimi pəncərədən baxmağa başladı. Körpənin qulaqları yox idi…

Aradan illər keçdi, uşaq böyüdü, məktəbə getdi. Bir gün məktəbdən evə qayıdanda özünü anasının qucağına atdı. Hıçqırırdı. Məktəbdə yoldaşlarından biri ona “eybəcər” demişdi. Bəlkə də bu onun həyatda ilk imtahanı idi və bu imtahan neçə illər davam etdi.

Yaxşı oxuyurdu, sinif yoldaşları da onu çox sevrdi. Ancaq yenə heç kimlə qaynayıb-qarışmırdı. Anası nə qədər öyüd-nəsihət versə də, bir xeyri olmurdu. Bir gün atası həkimdən, “Bəlkə bu dərdin bir çarəsi var?” – deyə soruşdu. Həkim də, “Əlbəttə var, ancaq bunun üçün kimsə öz qulağını bağışlamalıdır”, – deyə cavab verdi. Beləcə, ata da, ana da öz qulağını verməyə razı olan adamı axtarmağa başladılar. Bu hadisədən iki il keçdi. Bir gün atası oğluna, “Xəstəxanaya gedək. Axır ki, sənə qulaqlarını verməyə razı olan adamı tapdıq”, – dedi. Sonra da, “Ancaq sənə onun kim olduğunu deməyəcəyəm. Qoy bu hələlik bizim aramızda bir sirr olaraq qalsın”, – deyə əlavə etdi.

Əməliyyat çox uğurlu keçdi. Oğlan bu əməliyyatdan sonra əməlli başlı dəyişdi. Sanki indi o tamam başqa bir adam idi. Sonra məktəbi qurtardı, universitetə girdi. Universiteti qurtardı, evləndi. Ancaq hələ də ona qulağını bağışlayan adamın kim olduğunu bilmirdi. Bir gün bunu atasından öyrənmək istədi. Atası isə, “Mən onun kim olduğunu sənə deyərdim, ancaq söz vermişəm, hələ bu sirri sənə aça bilmərəm”, – deyə cavab verdi. Beləcə bu sirr illər boyu davam etdi. Nəhayət bir gün bu sirrin də üstü açıldı…

Həyatının ən kədərli günlərindən biri idi. Anası dünyasını dəyişmişdi. Atası ilə birlikdə anasının cənazəsinin yanında dayanmışdılar. Atası yavaşca əlini anasının saçlarına apardı. Əli ilə onun saçlarını qaldırdı. Anasının qulaqları yox idi. O, bu mənzərədən dəhşətə gəldi. Atası isə xırıltılı bir səslə: “Anan qulaqlarını sənə bağışladığı gündən saçlarını kəsdirmədi. Heç kimin də bu işdən xəbəri olmadı”, – dedi…

P. S. Həqiqi gözəllik zahiri yox, daxili gözəllikdir.

3 ŞƏRH

  1. Çox sağ olun! Gözəl hekayə idi…Fədakarlığın ən uca zirvəsi!!!

  2. Ana oz ovladi ucun her seyini qurban verer.Amma ovladlar bu fedakar qelbin sahibini unutmasinlar.

Comments are closed.