Zərdabda 2012-ci il üçün 15 min 481 hektar taxıl əkilib

0

Zərdab rayonunda pambıq istehsalı əvvəlki ilə nisbətən artsa da məhsuldarlıq cəmi 6,1 sentner olub. Rayonun Qoruqbağı, Sarıqaya, Yarməmmədbağı, Pərvanlı, Əlibəyli, Alıcanlı kəndlərində isə 1 hektar da olsun pambıq əkilməyib. Bu barədə “2011-ci ildə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2012-ci ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı L. B. Babayevin hesabat”ında məlumat verilib. Hesabatda qeyd olunub ki, rayon üzrə taxıl istehsalı keçən ilə nisbətən artdığı halda, icra nümayəndəlikləri üzrə Qoruqbağında 140, Hüseynxanlıda 111, Məlikumudluda 76, Şıxbağında 155, Şəftəhal kəndində 127 ton azalıb. Hesabatda qeyd olunur ki, əlverişsiz hava şəraiti ilə yanaşı, 2010-cu ilin yazında subasma ilə bağlı baş vermiş təbii fəlakət nəticəsində 1200 hektara qədər əkin sahəsinin su altında qalması və buna görə vətəndaşlara kompensasiya ödənilməməsi, həmçinin qrunt sularına məruz qalmış torpaqların əkin üçün yararsız hala düşməsi də nəticə etibarı ilə taxıl əkininin azalmasına səbəb olub. Məhz bu səbəbdən 2012-ci il üçün 15 min 481 hektarda taxıl əkilib ki, bu da əvvəlki ilə nisbətən 2324 hektar azdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen − 17 =