Xocalı soyqırımı barədə bilmədiklərimiz – fotolar + VİDEO

1
33

Khodjaly“Mən bütün bunları yazmaya bilmirəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

V.Savelyev. Ehtiyatda olan rus zabiti.

Zəngəzur qəzasından sonra Dağlıq Qarabağın da ermənilərin nəzarətinə verilməsi hələ XX əsrin əvvəllərindən Rusiyanın gizli planlarına daxil idi. 1918 – 1920-ci illərdə AXC Hökumətinin müqaviməti və Rusiyada baş verən bolşevik inqilabının törətdiyi iqtisadi böhran bu prosesi düz 70 il ləngitdi. SSRİ adlı Sovet İmperiyasının diz çökməsinin yaratdığı xaos rusların arxivlərdə toz basmış bu planının gerçəkləşdirməsini reallaşdırırdı.

Keçən əsrin 90-cı illərində artan xarici təziqlərin yaratdığı gərginlik və həyacanın  şokundan heç cürə ayıla bilməyən ölkə vətəndaşları, “böyük qardaş” adlandırdıqları rusların Azərbaycan xalqına qarşı məkirli planlarının icrasından hələ xəbərləri yox idi. O vaxt azərbaycanlıların qəlbində mərkəzi hökumətə inam hələ tamam üzülməmişdi… Lakin, 90-cı illərdə Azərbaycan belə bir çətin psixoloji durumdaykən Qarabağın Ermənistana birləşdirilməsi haqqında ermənilərlə rusların gizli sövdələşmələri baş tutmuşdu.

Yeni ərazilər əldə edəcəklərindən vəcdə gələn ermənilər, Dağlıq Qarabağı seperatizm və terror yuvasına çevirmişdilər. Bir çox şərq ölkələrindən dəvət olunan dünyanın ən qatı başkəsənləri və cinayətkarları burada sərbəst fəaliyyət göstərirdilər. Onlar meşələrdə məskunlaşaraq, yollarda, cığırlarda pusqular quraraq sadə vətəndaşları qətlə yetirir, gecələr azərbaycanlıların yaşayış məntəqələrinə hücumlar təşkil edirdilər. Qarabağın türk sakinlərinin həyatına təhlükələr anba-an çoxalırdı. Burada yaşayan azərbaycanlılar bir kənddən digərinə getməyə çətinlik çəkir, hamı onları yaxalayacaq qəfil ölümdən necə yaxa qurtarmaq barədə fikirləşirdilər. Qarabağda vəziyyət tamamilə nəzarətdən çıxmışdı. Ermənilər rusların dəstəyi ilə Qarabağı Azərbaycandan qoparmaq üçün müharibəyə hazırlıq görürdülər.

KhodjalyRusiya Ermənistan Hökumət rəhbərlərinin əli ilə  Qarabağ cəbhəsindəki separatçı dəstələri və terror qruplarını silah-sursatla müntəzəm olaraq təmin etməyə çalışırdı. Ermənistan Hökumətinin rəhbərləri təcili tədbirlər həyata keçirməyi planlaşdırsada silahların daşınmasında ləngimələr qeydə alınırdı.

Ermənistandakı rus bazalarından Qarabağa silah-sursat daşınmasını həyata keçirmək üçün Qarabağla Ermənistan arasında yeganə quru yol olan Xankəndi-Şuşa-Laçın-Gorus yolunun Laçın məntəqəsindən keçən hissəsini ermənilər təhlükəli sayırdılar. Çünki Gorus – Laçın yolunun böyük bir hissəsinin azərbaycanlıların nəzarətində olduğundan burada onlar hərbi maşınların hərəkətinə məhdudiyyət qoyulmuşdular. Bu problemi aradan qaldırmaq üçün Ermənistan Xankəndi-İrəvan hava yolundan istifadə etsədə, silah-sursatın Helikokterlərlə daşımalarin nəticələri rus hərbçiləri üçün qaneedici deyildi. Artıq İrəvan – Xocalı marşurutu ilə yük təyyarələrinin hərəkətinə zərurət yaranmışdı.
Xocalı hava limanı isə azərbaycanlı hərbçilərin nəzarətində idi və bu liman ciddi şəkildə mühafizə olunurdu. Vəziyyətin çətinliyini tam dəqiqliyinə kimi qiymətləndirən rus kəşfiyyatı və  Ermənistan Rəhbərliyi  ilk olaraq Xocalı şəhərini işğal etməyi hədəf götürdülər.

Qarabağın taleyi Xocalıdan asılı idi.

Xocalı, Qarabağda yalnız hərbi strateji mövqeyinə görə deyil, həm də tarixi əhəmiyyətinə görə Azərbaycanın Mədəni həyatında mühüm yer tuturdu. Xocalı – Gədəbəy Mədəniyyətinin tunc dövrünə  aid olan məişət nümunələri nəinki ölkəmizdə və həm də ölkəmizdən xaricdə belə əhəmiyyəti çox yüksək qiymətləndirilirdi. Xocalının işğal edilməsi Mədəniyyət Tariximizə çox ciddi zərbə olmaqla yanaşı, eyni zamanda bütünlüklə Qarabağın itirilməsinə situmul yaradırdı. Bunu Ermənistan tərəfi çox gözəl anlayırdı…

khodjalyBizim tədqiqatımız nəticəsində, Xocalının işğal edilməsi ilə bağlı hələ 1989-cu ildən hazırlıq getdiyi barədə rus kəşfiyyatının məlumatları aşkar edildi. Xocalı şəhərinin işğalında iştirak etmiş rus zabiti Vladimir Voronovun İrəvan şəhərində çap olunan “Şuşi” jurnalına 08.02.2006-cı ildə verdiyi müsahibədə bidirir ki, “Ermənistan Dağlıq Qarabağın hava dəhlizinə nəzarəti ələ keçirmək üçün Xocalı üzərinə hücumu hələ 1989-cu ildən planlaşdırılırdı”.
Belə məlum olur ki, rus kəşfiyyat xidməti orqanları Xocalının işğalının planlaşdırılması və hücuma hazırlığın aparılması üçün Vladimir Voronovu hələ 1989-cu ildə xüsusi tapşırıqla İrəvana ezam etmişdi.

Vladimir Voronov böyük titullu və etibarlı bacarıqlı rus zabiti idi. O, SSRİ-nın quru qoşunlarının 12-ci briqadasının tərkibində Əfqanıstanda böyük döyüş yolu keçmişdi. Eyni zamanda Ərəb ölkələrində hərbi təcrübə qazanan və Rusiyanın Afrika ölkələrindəki xilasedici taborlarında xilasedici kimi fəaliyyət göstərmişdi.

Ermənistan Müdafiə Nazirliyinin tapşırığı ilə 1989-cu ilin dekabrında Vladimir Voronov, Xocalı üzərinə hücuma hazırlıq üçün Sovet ordusunun xüsusi təyinatlı briqadalarında xidmət keçmiş könüllülərdən və xüsusi təyinatlı döyüşçülərdən ibarət tabor yaratmağa başladı. Hazırlıq dövrü, Ermənistanda fəaliyyət göstərən “Erkrapah-ım” (Torpaq mühafizəçiləri) adlı terror təşkilatının üzvləri Baqdasar Gevorkyan, Vano Siraderyan və Samvel Şarinyan rus zabiti Vladimir Voronovla danışıqlar apararaq, onları da  Xocalıda döyüşmək üçün bu taborun tərkibində təlim keçməyə qatılmalarına razı saldılar.

Vladimir Voronov taborun təlimlərinin bir çoxunu Ermənistandan azərbaycanlıların qovulması prosesində iştirak edir, insanların öldürülməsi, qovularaq təqib edilməsi, tutularaq işgəncə verilməsi zamanı soyuqqanlılıq və qəddarlıq nümayiş etdirilməsi işlərini həyata keçirməklə əyani şəkildə təcrübə toplayır, eyni zamanda Ermənistandan azərbaycanlıların qovulması prosesini sürətləndirirdilər. 

KhodjalyRusiyanın hərbi mütəxəsisləri İrəvanda Xocalı üzərinə hücum planlarına çox ciddi şəkildə hazırlayırdılar. Xocalı Qarabağın elə bir strateji cəhətdən əhəmiyyətli ərazisində yerləşirdi ki, bu məntəqəyə yiyələnməklə bütün Qarabağa nəzarət etmək mümkün idi. Bölgənin yeganə hava limanının bu şəhərdə olması onun qiymətini bir qədər də artırırdı. Xocalını əldə etməklə ermənilər birbaşa Qarabağın Ermənistanla hava koridoruna nəzarəti təmin edirdilər. Bu isə Qarabağın tamamilə işğal edilməsinə şərait yaradırdı.

İlk cəhd uğursuz alındı.

Vladimir Varonov 1990-cı ilin birinci rübündə artıq 150 nəfərlik Xüsusi Təyənatlılardan ibarət taboru  təşkil edərək, döyüş hazırlığı vəziyyətinə gətirmişdi. Ermənistanın Hərbi naziri Vazgen Sarkisyan bu xüsusi təyinatlı taborun qərargah rəisi vəzifəsinə tanınmış sovet kəşfiyyatçısı İvan Qukasovu, onun yardımçıları və məsləhətçiləri vəzifəsinə Alik Petrosyanı və Feliks Qeoxlyanı təyin edilmişdi.
Bu taborun mənzil qərargahı 1992-ci ilin fevral ayının sonlarına kimi Ermənistanın Noembryan rayonunun Krasnoselsk kəndi ərazisindəki rus hərbi bazasının təlim meydanında yerləşirdi.

Erməni silahlıları Valeri Balayanın rəhbərliyi ilə 1991-ci ilin yayından Qarabağın azərbaycanlılar yaşayan  Salakətin, Meşəli, Malıbəyli kəndlərini, Tuğ, Sarışen adlı erməni yaşayış məntəqələri ərazilərindən daim atəş altında saxlayır bu kəndlər arasında yarana biləcək əlaqələri məhdudlaşdırırdılar.

Ermənilərə qarşı mübarizədə əsasən kənd sakinlərindən təşkil olunan azərbaycanlı özünümüdafiə dəstələri, daha çox məğlubiyyət acısı yaşayan tərəf  idilər. Onlar bir qayda olaraq kəndlərinin və ya qəsəbələrinin ətrafında müdafiə mövqeyində dayanırdılar. Çünki, ermənilərdən fərqli olaraq azərbaycanlıların çoxu hərbi təlim keçməmişdilər, onlar hərbçi deyildilər, döyüş qaydalarını bilmirdilər. Bu da silahlı mübarizədə erməni tərəfinə daha çox müvəffəqiyyət qazanmalarına şərait yaradırdı.

1991-ci ilin payızında Vladimir Varonovun toborunu Ermənistan Hərbi Nazirliyi Helikokterlərlə Dağlıq Qarabağa göndərdilər. V.Voronovun kəşfiyyatçılarının gətirdiyi məlumatından məlum oludu ki, 150 nəfərlik bir qüvvə ilə Xocalı şəhərini təslim etmək mümkün olmayacaqdır. Xocalı Hava Limanının əsasən milis işçiləri tərəfindən müdafiə edilməsi buradakı müdafiəçilərin döyüş qabiliyyətini daha da artırırdı. Hva Limanını ələ keçirməyə tam əmin olmasada V.Voronov öz döyüşçülərini Xocalı Hava Limanı üzərinə yeritməyə xəsislik etmədi.  Xocalının müdafiəsində dayanan azərbaycanlı  döyüşçülər yüksək əzmkarlıq göstərərək V.Voronovun xüsusi təyənatlılarının döyüş əzmini qırıb, geri oturda bildilər. Bu Ermənistan tərəfinin açıq aşkar məğlubiyyəti idi. Bu məğlubiyyət Ermənistanın ordu rəhbərliyini pərt etmişdi, onlar nəyin bahasına olursa olsun Xozalını təslim etməyə qərarlı idilər.

Plan dəyişdirildi.

Bu məğlubiyyətdən hiddətlənən erməni – rus hərbi komandanlığı, bütünlüklə Qarabağda hərbi üstünlüyü ələ almaq üçün orada pərakəndə fəaliyyət göstərən erməni silahlı dəstələrini birləşdirib vahid komandanlıq yaradılmasına qərar verdi və qısa müddət ərzində bu qərarı icra etdi. Ermənistan Hərbi Nazirliyi yenicə yaratdığı Qarabağ cəbhəsinin komandanı vəzifəsinə Gürcüstan vətəndaşı, əslən erməni olan “Dağ tülküsü” ləqəbli general Arkadi İvanoviç Ter-Tadovesyanı təyin etdi. Bununla da ermənilər Qarabağda vahid mərkəzdən idarə olunan nizami bir ordunun yaradılmasını gerçəkləşdirdilər.

Qarabağda erməni tərəfini düşündürən əsas məsələrdən biri yenicə təşkil olunan ordunun  silahlandırılması və böyük sayda ağır texnikanın bu komandanlığa cəlb edilməsi məsələsi idi. Bu məsələ Rusiyanın Xankəndindəki  hərbi hissələri hesabına öz həllini tapdı.
Belə ki, 1989-cu ildə güya millətlərarası münaqişənin yatırılması üçün Rusiyadan Qarabağa yeridilmiş SSSRİ-nin  milis polkunun bütün bütün hərbi sursatı, texnikası və canlı qüvvəsi A.İ.Ter-Tadovesyanın sərəncamına verildi. Bundan başqa Rusiyaya məxsus 366-cıMotoatıcı alay da bütün heyəti və hərbi sursatı ilə birlikdə ermənilərin sərəncamında idi.

Təyinatının ilk günləri ordu komandanı general Arkadi Ter-Tadevosyan Kərkicahan və Qaradağlı kəndlərinə sarsıdıcı zərbələr endirdi. Bundan  generalın məqsədi özünü V.Varonovdan daha qbiliyyətli sərkərdə olduğunu göstərmək idi. O zaman bütün erməni silahlıları əsr götürə biləcəkləri azərbaycanlılara verəcəkləri ən qəddar cəza növləri haqqında düşünürdülər. Sanki onlar bir millət olaraq vəhşiləşmişdilər.

Xocalı üzərinə hücum planı erməni-rus hərbçiləri tərəfindən dəyişdirilərək daha irimiqyaslı bir əməliyyat planı hazırlamağa başladılar. Bu əməliyyat zamanı əsgərlərə türkləri necə qəddarlıqla öldürməyin yollarının öyrədilməsi barədə  xüsusi hazırlıq keçirdilər. Ermənilərin təbiricə desək Xocalı əməliyyatı elə həyata keçirilməli idi ki, bütün Azərbaycana dərs olsun və Qarabağın digər ərazilərini Azərbaycan vətəndaşları “könüllü” olaraq tərk edib getsinlər.

Xocalı üzərinə yeni hücum əməliyyatı general Arkadi Ter-Tadevosyan, yazıçı Zori Balayan, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndiliyinin rəhbəri Robert Koçaryan (keçmiş prezident), Ermənistan Hərbi Nazirliyinin əməkdaşı Serj Sarkisyan (indiki prezident) tərəfindən hazırlanmışdı. Hücum planının və həyata keçirilməsi nəzərdə tutulan  əməliyyatın yeni xəritəsini hazırlamaq gündəmdə duran əsas məsələlərdən biri idi. Mükəmməl döyüş xəritənin olmaması əməliyyatı ləngidirdi. Xəritəni işləyən adam eyni zamanda əraziyə tam bələd olmalı idi ki, hazırladığı materialda səhvə yol verməsin.

Bu arada Robert Koçaryan fəallıq göstərərək özünün etibarlı adamı saydığı Xankəndi şəhərinin baş memarı Valodya Stepanyanı döyüş xəritəsini hazırlamaq üçün hərbi qərargah rəisinin yanına  gətirdi. Qərargah rəisi V.Stepanyana  tez bir zamanda Xocalı şəhəri ərazisinin baş planını hazırlamağı tapşırdı və alayın proporşiki Samvel adlı şəxsi ona həm nəzarətçi və həm də köməkçi təyin etdi. Beləliklə Xocalı şəhəri üzərinə hücum planının, müəllifləri Xankəndi şəhərinin baş memarı Valodya Stepanyan  və praporşik Samveldir.

Khodjaly-XocalıƏməliyyatın gedişinə nəzarəti Arkadi Ter-Tadevosyan özü şəxsən həyata keçirirdi. Robert Koçaryan və Serj Sarkisyan isə başqalarına nümunə olsun deyə döyüşçü kimi əsgərlərin sırasında Xocalıya silahsız və köməksiz vəziyyətdə qalmış insanların üzərinə əlisilahlı gedirdilər. Gedirdilər ki, müsəlman və türk olduqlarına görə bu insanları kütləvi şəkildə qətlə yetirsinlər.

Xocalı üzərinə hücumun tarixi dəqiqləşdi.

Ermənistan və Rus ordusunun Qarabağ komandanlığı fevralın 18-də qərar qəbul etdi. Bu qərarda Xocalı üzərinə hücumun fevral ayının 25-də gecəyarısı icra ediləcəyi göstərilirdi. Hücumun tarixi olduqca məxfi saxlanırdı. Erməni-rus ordusunun birləşmiş qərargahı Xocalı üzərinə hücumun dörd istiqamətdən aparılacagını planlaşdırmışdı. Bu hücum planı dönə-dönə yoxlanır və bütün detallarına qədər dəqiqliklə dəflərlə ölçülüb-biçilirdi. Hücum planına daxil olan dörd istiqamət bunlar idi:

Birinci istiqamət; Mehtikənd tərəfdən Erməni-rus ordusunun Qarabağdakı altıncı rotası və bu rotaya kömək məqsədi ilə Sasun, Suren, Levon, Akop, Vitali və Afo adlı zabitlərin hər biri 30-40 nəfərdən ibarət yerli silahlı dəstələri.

İkinci istiqamət; Noragux tərəfdən Erməni-rus ordusunun Qarabağdakı üçüncü və doqquzuncu rotaları (rota komandirləri; Tiqran və Yura adlı şəxslər olub), eləcə də bu rotalarla birlikdə Armo, Qaqik və Edikin hər biri 30-40 nəfərdən ibarət yerli silahlı dəstələri.

Khodjaly-Xocali Üçüncü istiqamət; Katuk kəndi tərəfdən Erməni-rus ordusunun Qarabağdakı birinci rotasının döyüşçüləri; rotanın komandiri Aşot Qulyan (Bekor), ikinci rotanın döyümçüləri, rotanın komandiri Karen Babayan (Karo), dördüncü rotanın döyüşçüləri habelə Albert adlı zabitin alayı və yaxın erməni kəndlərindən olan daha bir neçə yerli hər biri 30 nəfərdən ibarət silahlı dəstələr.

Dördüncü istiqamət; Bu istiqamət, Hava limanı istiqaməti deyilən istiqamət ermənilərə görə ən vacib istiqamət sayılırdı. Bu istiqamətdən  Rusiyanın 366-cı motoatıcı alayın şəxsi heyəti və zirehli maşınları eləcədə Sumbat adlı zabitin mobil alayı irəliləyəcəkdi.

Hücum, 1992-ci il fevralın 25-dən 26-na keçən artileriya atəşləri ilə başladı. Hər tərəfdən ölüm saçan güllə yağşı altında Xocalı qan içində üzürdü. O gecə (qoca, uşaq, qadıın) heç kimə rəhm edilmirdi. Hərəkət edən hər nə varsa güllələnir, məhv edilirdi. Ölənlərin meyidləri təhqir edilir, sağ ələ keçən kişilər diri-diri ağaclardan asılır. Qadınlar isə əsgərlər tərəfindən zorlanırdı. Insanlarıın nalə  və fəryadları ərşə qalxırdı. Ölümün pəncəsindən xilas olmağa çalışan insanlar parakəndə şəkildə hara gəldi qaçırdılar.

Vladimir Varonovun taborunun Xocalı üzərinə ilk hücumunun uğursuz alındığına görə Ermənistanın hərbi komandanlığı son anda  qərarını dəyişərək bu taboru Ağdam istiqamətində azərbaycanlılarla təmas xəttində yerləşdiriblər. Bu istiqamətdə V.Voronovun vəzifəsi Xocalı üzərinə ermənilərin hücumu zamanı Ağdam istiqamətindən Xocalıya köməyə gəlməsi ehtimal olunan azərbaycan əsgərlərinin yolunu bağlamaq idi. Həqiqətən də o zaman Ağdam istiqamətindən Xocalıları mühasirədən çıxarıb xilas etmək üçün Azərbaycanın hərbi qüvvələrinin gəlişi gözlənilirdi. Lakin bu baş vermədi.

Khodjaly Gecənin qaranlığında ermənilərin Xocalı şəhəri üzərinə hücumu zamanı Xocalıdan Ağdam istiqamətinə yalnız canlarını xilas etmək üçün qaçan mülki Xocalı sakinlərini bu istiqamətdə pusquda dayanan V.Voronovun silahlıları qarşıladılar. V.Voronovun xüsusi təyənatlıları Xocalıdan canlarını götürüb qaçan uşaq, qoca və qadınları bu kolluq və meşəlik ərazidə kütləvi şəkildə güllələməyə başladılar. V.Varonov bu hadisədən çox-çox sonralar yəni 2006-ci ilin fevralında etiraf etdi ki alayın erməni əsgərləri azərbaycanlı mülki əhalinin güllələnməsində xüsusi qəddarlıq nümayiş etdirirdilər. Onun dediyinə görə azərbaycanlı qadın və uşaqları öldürməkdən gözləri doymayan erməni əsgərlər, meyidləri belə yöndəmsiz hala salaraq təhqir edirdilər. Erməni əsgərlər köməksiz insanların bizim tərəfimizdən əsir götürülməsinə hər vəhclə mane olmağa çalışırdılar. Onlar azərbaycanlıları öldürməkdən sanki həzz alırdılar.

O müdhiş gecədə  613 nəfər Xocalı sakini şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün oldu. 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu.

Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı.

Xocalıda hücumda iştirak edən Rusiyadakı hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi polkovnik V.Savelyev özünün Rus hökumətinə yazdığı “Məxfi arayışında” erməni silahlı dəstələri ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri hərbi əməliyyatlara şərh verərək yazırdı:

Khodjaly-Xocali“Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmirəm. Qoy, azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım məxfi arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.
Küçələrində o gecə küçələrində yalnız ölülər qalan Xocalı şəhərinə od vuruldu. Bu Bəşəriyyət tarixində görünməmiş qətl hadisəsi idi.

Bəzi spesfik xüsusiyyətlərinə görə özündən əvvəlkilərdən fərqlənsədə bu hadisə, XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı törədilən soyqrımların davamı idi… Tarixə qanla yazılan Xocalı faciəsi…

Faiq İsmayılov

http://www.youtube.com/watch?v=1e_gUjXN3II&playnext=1&list=PL855A5A8A72E4B03C&feature=results_video

http://www.youtube.com/watch?v=AqeINtvXxJU&list=PL855A5A8A72E4B03C

1 comment

  1. Cox dolgun etrafli melumatlarin teqdimati ehemiyyetlidir.Artiq 21-ildir ki bu kadrlara urek agrisi ile baxiriq.Sizce bu uzun surecek?Ya Rebbimiz bu qara buludlari vetenimin uzerinden cek tezlikle.

Comments are closed.