Sınaq imtahanları keçirildi

0
26

Fevralın 25-26-da ölkənin bir sıra bölgələrində IX və XI siniflər üzrə sınaq (yoxlama) imtahanları keçirildi.
Təhsil Nazirliyindən bildiriblər ki, həmin imtahanların təşkili fevralın 4-5-də və 11-12-də nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar təxirə salınmışdı.
Sınaq imtahanları Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd, Saatlı, Sabirabad, Ucar, Zərdab, Laçın, Cəbrayıl, Ağsu və Göyçay rayonlarında baş tutub.
IX siniflərdə imtahanlar Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənləri üzrə keçirilib.