Zərdab rayonunda möhtəşəm Novruz şənliyi – fotolar

8
27

Novruz bayramıİlk Novruz şənliklərinə su və od çərşənbələri ərəfəsində Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Rayon İcra Hakimiyyətinin birgə keçirdikləri möhtəşəm tədbirlərlə Zərdab rayonunda start verilmişdir. www.zerdab.com saytına verilən məlumata görə, öncə milli geyimli yüzlərlə oğlan və qız, idmançılar, atlılar, ictimaiyyətin, gənclərin nümayəndələri və ozan, kosa, keçəl Novruzsayağı bəzənmiş faytonda zurna sədaları altında Zərdab şəhərinin girişində tikilmiş əzəmətli giriş qapısından rayona daxil olmuşlar.

Sonra onlar Bayraq meydanında yığışaraq şəhər mərkəzindəki ümumi ərazisi 5 hektara qədər olan Heydər Əliyev parkında ümumrayon Novruz şənliyini qeyd etməyə toplaşan minlərlə rayon sakininə qoşulmuşlar.

Ozan haray çəkərək insanları Novruzun gəlişi, ilk çərşənbələr münasibətilə təbrik etmiş və tonqallar yandırılmışdır.

Milli geyimli oğlan və qızlar tonqalın ətrafında yallı ifa etmişlər.

Tədbirə toplaşanlar rayonun 42 yaşayış məntəqəsindən Heydər Əliyev parkında təşkil olunan milli-mənəvi dəyərlərimizi özündə əks etdirən qədim sənət nümunələri, sacda balıq bişirilməsi, plov, yarpaq dolması, kətə və digər onlarla milli xörəklərimizin bişirilməsi, dibəkdə dən döyülməsi, xalça toxunması, təknədən balın kəsilməsi ilə tanış olmuşlar. Milli oyunların, o cümlədən bənövşə, kəndirdartma, qolgücü, dirədöymə nümayişi olmuşdur.

Kəndirbazların çıxışları Novruz şənliyinin iştirakçıları tərəfindən yüksək alqışlarla qarşılanmışdır.

Karate, taekvondo, sərbəst güləş, şahmat və digər növlər üzrə idmançılar, Rayon Mədəniyyət və Turizm Şöbəsinin milli geyimli rəqs qrupu, Zərdab Uşaq İncəsənət Məktəbinin xor kollektivi xüsusi hazırlanmış proqramla iştirakçılar qarşısında geniş çıxış etmişlər.

99 yaşlı Nərgiz xalanın 200 il bundan əvvəl nənəsindən qalmış qədimi samovarda hazırladığı çay onu içənlərə xüsusi ləzzət etmişdir.

Azərbaycan Televiziyasının solistləri Gülyaz Məmmədova, Zabitə Alıyeva, Kamilə Nəbiyeva, İlahə Əfəndiyeva, Səbinə Ərəbli, Zeynəb Quliyeva, Ramil Qasımov, Məmməd Nəcəfov, Günay İmamverdiyeva, Mirələm Mirələmov, xalq artisti professor Ramiz Quliyev və digərlərinin yüksək səviyyəli ifaları bayram əhval-ruhiyyəsində olan zərdablılara daha xoş ovqat bəxş etmişdir.

Novruz şənlikləri Kür çayı sahilində və bayramsayağı bəzədilmiş gəmidə davam etdirilmişdir. Novruz mərasiminin keçirildiyi ərazilərin Novruz ruhlu tərtibatı, tədbir yerlərin düzülmüş 5 mindən çox səməni, Heydər Əliyev parkındakı fontanlar, şəlalə, minlərlə çiçək və güllərdən hazırlanmış butalar da iştirakçıların ruhunu oxşamışdır.

Bu möhtəşəm tədbiri lentə alan AzTV, Xəzər TV, ATV, Space və digər çoxsaylı televiziya kanallarına müsahibə verən Zərdab ictimaiyyətinin nümayəndələri milli-mənəvi dəyərlərimizin qorunmasının, vaxtı ilə qeyd edilməsi insanlara yasaq olunan milli bayramlarımızın, adət və ənənələrimizin ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində bayram edilməsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.

www.zerdab.com

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Zerdab-Novruz

Novruz bayramı

Zerdab-Novruz

Zerdab-Novruz

8 ŞƏRH

  1. cox gozel tedbirdir insanin ehval ruhiyyes yukselir konulu acilir baharin gelisi insanda uzunde tebesum oyadir insan bir anliq basqa elemde olur azerbaycanin en gozel bayramlarindan biridir novruz bayrami bu bayram bizim rayonda da cox gozel qeyd olunur

  2. Xırda nöqsanları çıxmaq şərtilə yaxşı keçdi. Bu dəfəki tədbirin bənzərini rayonumuzda bəlkə də görməmişəm. Bu iş üçün bir neçə gün yuxusuz qalan insanlara təşəkkürlər. Pis tərəfi isə ondan ibarət idi ki, tədbir bayrama 20 gün qalmış keçirildi. Camaatın üzünə baxanda hiss olunurdu ki, bayram əhval-ruhiyyəsi azdır. Hətta bəzilərinə “BAYRAMIN MÜBARƏK” deyəndə lağ edirdilər. Hər halda tədbir, bayrama sayılı günlər qalanda keçirilsəydi yaxşı olardı.

  3. Yəqin ki, tədbir televiziyanın çəkiliş proqramına uyğun olaraq bir qədər tez aparıldı..Doğrudan da öz kütləviliyi ilə seçilirdi..Rayonumuzda respublika əhəmiyyətli onlarla tədbir keçirilməsinə baxmayaraq bu tədbir yaddaşlara birdəfəlik həkk olundu..Həm də çəkiliş proseslərinin necə çətinliklə başa gəldiyinin şahidi olduq..Bir mahnı ərzində neçə dəfə tonqalı yenidən alışdırırdılar..Bu işin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm..Xüsusilə, Azərbaycan Televiziyasından rayonumuza ezam olunmuş Etbar müəllim və onun komandasına cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayıram..Çox səbir tələb edən peşələri varmış..Tədbir iştirakçılarının rayonumuzun giriş qapısından rayona tərəf yürüşü isə tədbirin ən çox sevdiyim epizodlarındandır..Bu epizod Bakı tədbirlərinin epizodlarından heç də fərqlənmirdi..Əməyi keçən hər kəsə təşəkkür edirəm!Ən böyük təşəkkür isə milli geyimdə olan məktəblilərimizə düşür..Çox sağ olun dostlar!

  4. Tədbirin fraqmentlərinə Xəzər Xəbərdə baxdım..Çox gözəl görüntülər vardı..Əvvəlcə parkı da tanıya bilmədim..Gözəl bəzənibmiş..Hər halda Zərdab kimi kiçik rayon üçün böyük tədbir idi..İşlə bağlı rayonda olmadığımçün çox heyfisləndim.

  5. ZARDABI ZARDAB ELYEN LUTVELİ OLDU. KİME DEYRDİN DEYRİ ZERDAV HARADIR. AMMA İNDİ TANINIR

  6. LUTVALİ MUALLİM, HECNEYE BAXMAYIN, İŞLEYİN, TİKİN QURUN, GÖZELLESDİRİN ZERDABI. ALLAH DEDENİZE REHMET ELESİN. BİZİM SİZDEN İSTEDYMİZ BUDR

  7. Azerbaycanda Novruz bayrami Zerdabdan bashladi xeberi Zerdabin ne qeder inkishaf etdiyini gosterir. Bu yolda zehmeti olanlara teshekkur edirik!

Comments are closed.